Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şamilov Seyfulla Əli oğlu (10 oktyabr 1902, Ağstafa, Qazax qəzası – 25 dekabr 1974, Bakı) — nasir, publisist, tərcüməçi, 1932-ci ildən AYB-nin üzvü, Azərbaycan

Seyfulla Şamilov

  • Ana Səhifə
  • Seyfulla Şamilov

Şamilov Seyfulla Əli oğlu (10 oktyabr 1902, Ağstafa, Qazax qəzası – 25 dekabr 1974, Bakı) — nasir, publisist, tərcüməçi, 1932-ci ildən AYB-nin üzvü, Azərbaycan Yazıçılar İttifaqının sədri (1936–1938).

Seyfulla Şamilov
Azərbaycan Yazıçılar İttifaqının sədri
1936 – 1938
ƏvvəlkiMəmmədkazım Ələkbərli
SonrakıRəsul Rza
Şəxsi məlumatlar
Doğum tarixi 10 oktyabr 1902(1902-10-10)
Doğum yeri
  • Ağstafa, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 25 dekabr 1974(1974-12-25) (72 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Təhsili
  • Qazax Müəllimlər Seminariyası
Fəaliyyəti yazıçı
Uşağı Elcan Şamilov

Təltifləri "Şərəf nişanı" ordeni

Mündəricat

Həyatı

Seyfulla Şamilov 1902-ci il oktyabrın 10-da Rusiya İmperiyasının Qazax qəzasının Tatlı kəndində anadan olmuşdur. Bakıda partiya məktəbini bitirmişdir (1921–1925). Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fəlsəfə kafedrasının dosenti (1931–1933), "Kommunist" qəzetində məsul redaktorun müavini, "Gənc işçi" qəzetinin məsul redaktoru, Azərbaycan Proletar Yazıçılar Birliyi təşkilat komitəsinin sədri (1932), Azərbaycan Yazıçılar İttifaqı idarəsinin sədri (1936–1938), "İnqilab və mədəniyyət" jurnalının, "Ədəbiyyat qəzeti"nin məsul redaktoru (1936–1937), Uşaqgəncnəşrdə baş redaktor (1955–1962) vəzifələrində işləmişdir.

Repressiya dövründə həbs edilərək sürgün olunmuşdur. 1974-cü il dekabrın 25-də vəfat etmişdir.

Mükafatları

"Şərəf nişanı" ordeni və Mədəniyyət Nazirliyinin "Əlaçı işçi" fəxri medalı ilə təltif olunmuşdur.

Əsərləri

Kitabları

  • "Leninin pedaqoji üsulları" (1925)
  • "Dördüncü il" (1929)
  • "Laçın" (1932)
  • "Seçilmiş əsərləri (1974)
  • "Nigarın məcarası" (1977)
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 04, 2026

    Film bəstəkarı

  • Aprel 05, 2026

    Ukrayna Respublikası

  • Aprel 08, 2026

    İbrahim surəsi

  • Mart 26, 2026

    23 mart

  • Mart 26, 2026

    Tövrat

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst