Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ələsgər İsmayıl oğlu Əlizadə (29 noyabr 1929, Gəncə, Gəncə dairəsi – 23 oktyabr 2016) — Azərbaycan sovet partiya və dövlət xadimi, Kirovabad (Gəncə) Şəhər Parti

Ələsgər Əlizadə

  • Ana Səhifə
  • Ələsgər Əlizadə

Ələsgər İsmayıl oğlu Əlizadə (29 noyabr 1929, Gəncə, Gəncə dairəsi – 23 oktyabr 2016) — Azərbaycan sovet partiya və dövlət xadimi, Kirovabad (Gəncə) Şəhər Partiya Komitəsinin birinci katibi (1966–1970), Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatı.

Ələsgər Əlizadə
Azərbaycan Kommunist Partiyası Kirovabad Şəhər Komitəsinin birinci katibi
1966 – 1970
ƏvvəlkiTofiq Bağırov
SonrakıƏbdürrəhman Vəzirov
Gəncə Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
1962 – 1966
Şəxsi məlumatlar
Doğum tarixi 29 noyabr 1929(1929-11-29)
Doğum yeri
  • Gəncə, Gəncə dairəsi, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 23 oktyabr 2016(2016-10-23) (86 yaşında)
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Fəaliyyəti dövlət xadimi, siyasətçi, universitet müəllimi[d]
Təltifləri "Qırmızı əmək bayrağı" ordeni — 1966

Mündəricat

Həyatı

1929-cu il noyabrın 29-da Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1948-ci ildə Gəncədə orta məktəbi bitirdikdən sonra Ələsgər Əlizadə Azərbaycan Dövlət Univcrsitetinin hüquq fakültəsinə daxil olmuşdur. 1952-ci ildə, hələ Universitetin 4-cü kursunda oxuyarkən, o, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Caparidze Rayon Komitəsinin 2-ci katibi, sonra isə 1-ci katibi seçilir. 1954-cü ildən komsomolun Bakı Komitəsinin katibi vəzifəsində çalışır, 1955-ci ildə Moskvaya Mərkəzi Komsomol məktəbinə oxumağa göndərilir, həmin ilin dekabrında isə Azorbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinin katibi seçilir.

1957-ci ildə Ələsgər Əlizadə VII Ümumidünya Gənclər festivalında Azərbaycan nümayəndələrinin rəhbəri kimi iştirak etmişdir. 1960-cı ilin yanvarında Ələsgər Əlizadə Azərbaycan Kommunist Partiyasının Kirovabad (Gəncə) Şəhər Komitəsinin 2-ci katibi seçilir. 1962–1966-cı illərdə o Kirovabad Şəhər İcraiyyə Komitəsinin sədri, 1966–1970-ci illərdə isə şəhər Partiya Komitəsinin 1-ci katibi vəzifəsində çalışır.

1960–1970-ci illərdə Ələsgər Əlizadənin rəhbərliyi altında Gəncədə geniş quruculuq və abadlıq işləri aparıhr, yeni parklar, meydanlar və küçələr salınır, bir çox yaşayış və məişət binaları tikilir, şəhər partiya və icraiyyə komitəsinin binası, Gəncə mehmanxanası tikilib istifadəyə verilir.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 28, 2026

    Mübtəda

  • Mart 26, 2026

    Avropa ölkələrinin siyahısı

  • Aprel 06, 2026

    Təkamül nəzəriyyəsi

  • Mart 26, 2026

    Azərbaycanda prezident seçkiləri (2018)

  • Aprel 09, 2026

    Sak çarlığı

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst