Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gürcüstan krallığı (gürc. საქართველოს სამეფო) və ya Gürcü imperiyası — eramızdan əvvəl 1008- ci ildə meydana gələn orta əsr Avrasiya monarxiyası idi. 11-ci əsrd

Gürcüstan çarlığı

  • Ana Səhifə
  • Gürcüstan çarlığı

Gürcüstan krallığı (gürc. საქართველოს სამეფო) və ya Gürcü imperiyası — eramızdan əvvəl 1008- ci ildə meydana gələn orta əsr Avrasiya monarxiyası idi. 11-ci əsrdən 13-cü əsrlərə qədər çar IV David və çariça Tamaranın hakimiyyəti dövründə siyasi və iqtisadi gücünün Qızıl çağına çatdı. Gürcüstan Qüdsdəki xaç monastırı və Yunanıstandakı Iviron Monastırı kimi, Şərqi xristianlıqdan və Şimali Qafqazdan İran və Anadolunun şərqinə qədər uzanan və eyni  zamanda xarici dini mülkləri qorumaqla, ən böyük ölçüdə Şərqi Avropadan ve Şimali Qafqazdan uzanan Pan-Qafqaz imperatorluğunun aparıcı millətlərindən biri oldu.Bu, indiki Gürcüstanın əsas tarixi müqəddiməsi idi.

Gürcüstan krallığı
gürc. საქართველოს სამეფო Sakartvelos samepo
Bayraq Gerb
Bayraq Gerb
ძალა ერთობაშია!"/ "güc birlikdədir"
Rəsmi dilləri
  • gürcü dili
Dini Şərqi pravoslav kilsəsi (Gürcü Pravoslav Kilsəsi)
Paytaxt Kutaisi (1008-1122),Tbilisi (1122-1490)
İdarəetmə forması Feodal monarxiya
 • Əhali
  • 860.000 nəf. (1254)
Valyuta XI əsrə qədər müxtəlif Bizans və Sasani sikkələri zərb olunurdu
1122-ci ildən sonra dirhəm istifadə olunmağa başlandı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bir neçə əsr davam edən səltənət 13-cü əsrdə monqol istilalarının altına düşdü, lakin 1340-cı illərə qədər yenidən suverenliyini təmin etdi. Sonrakı onilliklərdə Qara Ölümlə yanaşı ölkənin iqtisadiyyatını, əhalisini və şəhər mərkəzlərini viran edən Timurun rəhbərliyi ilə çoxsaylı istilalarla yadda qaldı. Bizansın, sonra Trebizond imperiyasının süqutundan sonra çarlığın geosiyasi vəziyyəti daha da pisləşdi. Bu proseslər nəticəsində XV əsrin sonlarında Gürcüstan sınıq bir varlığa çevrildi. 1386-cı ildən etibarən Timur tərəfindən edilən hücumlarla yanaşı, Qara Qoyunlular və Ağ Qoyunluların sonrakı istilaları 1466-cı ilədək çarlığın son anarxiyaya uğramasına və Kartli, Kaxeti və İmereti'nin quruluşlu səltənətlərinin 1490 ilə 1950 arasında müstəqil çarlıq olaraq tanınmasına gətirib çıxardı. 1493-cü ildə hər biri Baqrationi sülaləsinin rəqib bir qolu olmaqla Odishi, Guria, Abxaziya, Svaneti və Samtsxe adlanan beş feodal klanlar quruldu.

Mündəricat

Tarix

Həmçinin bax

  • Tamara
  • VI David

Qeydlər

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 05, 2026

    Mərmərə dənizi

  • Aprel 05, 2026

    Aleksandropol qəzası

  • Aprel 06, 2026

    Internet Archive

  • Aprel 08, 2026

    Oka çayı

  • Aprel 10, 2026

    Georgi Şaroyev

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst