| Əli Xamenei | |
|---|---|
| fars. علی حسینی خامنهای | |
![]() Xamenei 2026-cı ilin yanvarında. | |
| 4 iyun 1989 – 28 fevral 2026 | |
| Əvvəlki | Ruhulla Xomeyni |
| Sonrakı | Müctəba Xamenei |
| 9 oktyabr 1981 – 16 avqust 1989 | |
| Əvvəlki | Məhəmmədəli Rəcai |
| Sonrakı | Əli Əkbər Haşimi Rəfsəncani |
| 14 yanvar 1980 – 28 fevral 2026 | |
| Əvvəlki | Hüseynəli Müntəziri |
| 4 iyun 1989 – 28 fevral 2026 | |
| Əvvəlki | Ruhulla Xomeyni |
| Sonrakı | Müctəba Xamenei |
| 15 avqust 1983 – 4 iyun 1989 | |
| Seçki dairəsi | Tehran ostanı |
| 7 fevral 1988 – 4 iyun 1989 | |
| Əvvəlki | vəzifə təsis edilib |
| Sonrakı | Əli Əkbər Haşimi Rəfsəncani |
| 28 may 1980 – 13 oktyabr 1981 | |
| Seçki dairəsi | Tehran, Rey, İslamşəhr, Şemiranat və Pərdis[d] |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 19 aprel 1939[…] |
| Doğum yeri |
|
| Vəfat tarixi | 28 fevral 2026[…] (86 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | hava zərbəsi |
| Dəfn yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | fəqih, siyasətçi, tərcüməçi, yazıçı, şair, ruhani[d] |
| Atası | Cavad Xamenei |
| Həyat yoldaşı |
|
| Uşaqları |
|
| Ailəsi | Xamenei ailəsi |
| Dini | İslam |
| Hərbi xidmət | |
| Mənsubiyyəti | İran |
| Qoşun növü | İslam İnqilabı Keşikçiləri Korpusu |
| Döyüşlər |
|
| | |
![]() | |
| khamenei.ir | |
Seyid Əli Hüseyni Xamenei (fars. سید علی حسینی خامنهای; Seyyid Əli Hüseyni Xamenei; 19 aprel 1939[…], Məşhəd – 28 fevral 2026[…], Tehran) — İranlı on iki imam şiəsi, mərceyi-təqlid. 1989-cu ildən 2026-cı ilə qədər İranın ikinci Ali Rəhbəri olub. 1981–1989-cu illərdə İran prezidenti idi. Xamenei Yaxın Şərqdə ən uzun müddət xidmətdə olan dövlət başçısı, eyni zamanda ötən əsr Şah Məhəmməd Rza Pəhləvidən sonra ikinci ən çox vəzifədə olan İran lideri olub.
Rəsmi veb-saytındakı məlumatlara görə Xamenei Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə 3 il sürgünə göndərilmədən əvvəl altı dəfə həbs edilmişdi. Şahı devirən İslam inqilabından sonra, 1981-ci ilin iyun ayında sağ qolunu iflic edən sui-qəsdin hədəfinə çevrildi. Xamenei 1980-ci illərdə İran-İraq müharibəsi dövründə İranın liderlərindən biri idi və özünün nəzarət etdiyi indiki güclü İnqilab Keşikçiləri ilə sıx əlaqələr qurdu. İnqilab Keşikçiləri ona qarşı olan müxalifəti yatırmaq üçün istifadə edilirdi. Xamenei 1981-ci ildən 1989-cu ilədək İranın üçüncü prezidenti vəzifəsini icra edərkən, ilk Ali Rəhbər Ruhullah Xomeyninin yaxın müttəfiqi oldu. Ruhullah Xomeyninin ölümündən bir müddət əvvəl seçdiyi varislə — Hüseynəli Müntəziri ilə — fikir ayrılığı vardı, buna görə Xomeyni öldükdə varisin kim olacağı barədə razılıq yox idi. Mütəxəssislər Məclisi 4 iyun 1989-cu ildə 49 yaşındaki Xameneini növbəti Ali Rəhbər seçdi. Əkbər Haşimi Rəfsəncaninin dediyinə görə Xamenei ölmədən əvvəl Xomeyninin varisi seçdiyi adam idi. Xamenei 14 aprel 1979-cu ildən bəri "Astan Quds Razavi"nin xidmətçilərinin rəhbəridir.
Ali rəhbər olaraq Xamenei İslam Respublikasında ən güclü siyasi səlahiyyətlidir. O, İran dövlətinin başçısı, İran silahlı qüvvələrinin baş komandanı olub. Əli Xamenei, həmçinin fərmanlar imzalama və iqtisadiyyat, ətraf mühit, xarici siyasət, təhsil, milli layihələşdirmə kimi bir çox sahələrdə hökumətin əsas siyasətlərinə dair son qərarı vermə səlahiyyətinə sahibdir. Kərim Səcədpurun sözlərinə görə Xamenei hökumətin icraedici, qanunverici və məhkəmə qollarına, həmçinin hərbə və mediaya birbaşa və ya dolayı nəzarət edir. Mütəxəssislər Məclisinə, Prezidentliyə və Məclisə (Parlament) bütün namizədlər, üzvlərinin İranın Ali Rəhbəri tərəfindən birbaşa və ya dolayı yolla seçilən Qəyyumlar Şurası tərəfindən yoxlanılır. Xamenei tərəfindən əmr edildikdən sonra Qəyyumlar Şurasının müəyyən insanlara qoyulan qadağanı ləğv etdiyi hallar da olmuşdur.
Xameneinin hakimiyyəti dövründə 1994-cü il Qəzvin etirazları, 1999-cu il iranlı tələbə etirazları, 2009-cu il İranda prezident seçkiləri etirazları, 2011–12-ci il İran etirazları, 2017–18-ci il İran etirazları və 2018–2019-cu il İran etirazları kimi bir sıra böyük etirazlar olmuşdu. İranda jurnalistlər, blogerlər və digər şəxslər Ali Rəhbər Xamenei və eyni zamanda dini təhqir etmək ittihamları ilə mühakimə olunub, həbslə, döyülmə ilə cəzalandırılırlar, onlardan bəziləri həbsdə vəfat etmişdi. İranın nüvə proqramı ilə əlaqəli olaraq, Xamenei 2003-cü ildə hər cür kütləvi qırğın silahının istehsalını, yığılmasını və istifadəsini qadağan edən fətva verdi.
Həyatı

Seyyid Əli Hüseyni Xamenei 19 aprel 1939-cu ildə Məşhəddə, İraqın Nəcəf şəhərində doğulmuş alim və müctəhid Cavad Xamenei ilə onun ikinci həyat yoldaşı Xədicə Mirdamədinin (Haşım Mirdamədinin qızı) ailəsində anadan olub. O, səkkiz uşağın altıncısı, anasının isə üçüncü övladı idi. Qardaşlarından ikisi də din xadimidir; kiçik qardaşı Hadi Xamenei qəzet redaktoru və din xadimidir. Böyük bacısı Fatimə Hüseyni Xamenei 2015-ci ildə 89 yaşında vəfat edib. Atası Xamənədən olan etnik Azərbaycan türkü, anası isə Yəzd şəhərindən olan etnik fars idi.
Əli Xameneinin əcdadı, Şiə İslamının dördüncü imamı Əli əs-Səccadın nəvəsi olan və "Sultan Seyyid" kimi tanınan Sultanül-Üləma Əhmədə qədər gedib çıxdığı iddia edilən Əftəsi seyyidlərinin nəslindən olan Seyyid Hüseyn Təfrişi idi. Onun bəzi əcdadları indiki Mərkəzi ostanının (vilayətinin) Təfriş bölgəsindən olub və öz doğma yurdları Təfrişdən Təbriz yaxınlığındakı Xamənəyə köçüblər.
Xameneinin təhsili dörd yaşında, məktəbdə Quranı öyrənməklə başlayıb; o, dini elmlərin ibtidai və yetkinlik (ayətullahlıq) səviyyələrini Məşhəd hövzəsində (dini elmlər akademiyasında), Şeyx Haşım Qəzvini və Ayətullah Milani kimi müəllimlərin rəhbərliyi altında başa vurub.
Məşhəddə Xamenei həm dünyəvi ziyalılarla, həm də İslam sosializmini müdafiə edən və Karl Marks, Çe Gevara, Tito və Əli Şəriəti kimi şəxsiyyətlərdən təsirlənən siyasi təşkilat — "Allaha Pərəstiş Edən Sosialistlər Hərəkatı" ilə tez-tez ünsiyyətdə olurdu; Xamenei onların seminarlarında və vəzlərində iştirak edirdi ki, bu da Abbas Milaninin fikrincə, onun sonrakı Üçüncü Dünyaçılıq (Tranti-mondizm) baxışlarına təsir göstərmişdir. 1957-ci ildə o, Nəcəfə getdi, lakin atasının onun orada qalmasına razı olmaması səbəbindən tezliklə Məşhəddə geri döndü. 1958-ci ildə o, Qum şəhərində məskunlaşdı və burada Hüseyn Burucirdi ilə Ruhullah Xomeyninin dərslərində iştirak etdi. O dövrün bir çox digər siyasi cəhətdən fəal din xadimləri kimi, Xamenei də dini elmlərdən daha çox siyasətlə məşğul olurdu.
Xamenei sonralar öz tərcümeyi-hal xarakterli xatirələrində uşaqlığını dindar bir ailədə böyüdüyünü qeyd edərək təsvir edirdi. O bildirirdi ki, anası din xadimi ailəsindən gəlib və dini təhsil onun uşaqlıq illərini formalaşdırıb. Xamenei dərslərində fərqləndiyini, məktəbdə Quran oxuduğunu, hədislərə və peyğəmbərlərin həyat hekayələrinə erkən yaşlarından maraq göstərdiyini xatırlayırdı. O, anasının Quran ayələrini, xüsusən də peyğəmbərlərin həyatına dair olanları oxuduğu ailə məclislərini təsvir edirdi. Xamenei dini elmlərdən başqa, riyaziyyat, coğrafiya və xüsusilə tarix də daxil olmaqla, geniş intellektual maraqlarının olduğunu vurğulayırdı.
Xamenei yeniyetmə yaşlarında ədəbiyyat, poeziya və romanları geniş şəkildə oxuyur, fars poeziyasının əsas əsərləri ilə tanış olur və gənc yaşlarından özü də şeir yazmağa başlayır. Güclü yaddaşa və ədəbi tənqid qabiliyyətinə malik olduğunu qeyd edən Xamenei, yeniyetməlik dövründə oxuduğu mətnləri xatırlaya bildiyini və poeziya ilə bağlı tənqidlərinin tez-tez şairlər və auditoriya tərəfindən təsdiqləndiyini bildirirdi. O, Pəhləvi dövründə namazını vaxtında qılmaq üçün bir dəfə hərəkətdə olan qatardan tullandığını xatırlayırdı. Uşaqlıq illərini yoxsulluqla xarakterizə edən Xamenei, ailəsinin Məşhədin kasıb bir məhəlləsində yaşadığını, anasının atasının köhnə paltarlarından geyimlər tikdiyini və bəzən kifayət qədər qidalarının olmadığını, qohumlarının verdiyi az miqdarda pulla alınan bir az kişmiş və ya südlə dolandıqlarını qeyd edirdi.
Ölümü
28 fevral 2026-cı il ABŞ və İsrailin İrana hərbi müdaxiləsi nəticəsində öldürülüb. İran Dövlət Televiziyası bunu təsdiqləyib.
Həmçinin bax
- Şiə alimlərinin siyahısı
- 19 apreldə doğulanlar
- 1939-cu ildə doğulanlar
- Məşhəddə doğulanlar
- 28 fevralda vəfat edənlər
- 2026-cı ildə vəfat edənlər
- 86 yaşında vəfat edənlər
- Son bir ildə vəfat etmiş şəxslər
- Tehranda vəfat edənlər
- İmam Rza türbəsində dəfn olunanlar
- Qum elmiyyə hövzəsinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- İran siyasətçiləri
- İran prezidentləri
- İran ayətullahları
- İran azərbaycanlısı ayətullahlar
- İran azərbaycanlısı siyasətçilər
- Holokostun inkarçıları
- İran–İraq müharibəsi iştirakçıları
- İran inqilabçıları
- Həmas–İsrail müharibəsi (2023) iştirakçıları
- Hava hücumları nəticəsində ölənlər
- XX əsr İran yazıçıları
- XX əsr siyasətçiləri
- XXI əsr şiələri
- XXI əsr siyasətçiləri
- Antisionizm
- Hüseynilər
- XX əsr hərbçiləri
- XX əsr tərcüməçiləri
- XXI əsr hərbçiləri
- XXI əsr yazıçıları
- İran İslam İnqilabı
- İran şairləri
- İran tərcüməçiləri
- İranın əlil şəxsləri
- İranın kişi siyasətçiləri
- İslam İnqilabı Keşikçiləri korpusunun zabitləri
- İslamistlər
- Müsəlman din adamları
- Öldürülmüş prezidentlər
- Soyqırım törədənlər
- Suriyada vətəndaş müharibəsi iştirakçıları
- İran müharibəsində (2026) ölənlər
- İran azərbaycanlıları
- Sui-qəsd qurbanları
- Öldürülmüş siyasətçilər
- Müsəlman teoloqlar
- Müsəlman dini liderlər
- XX əsr şiələri
- XXI əsr İran siyasətçiləri
- XX əsr İran siyasətçiləri

