Neftçi Arena və ya sponsurluq adı ilə Palms Sports Arena — Neftçi PFK-nın stadionu.
| Neftçi Arena | |
|---|---|
| |
![]() | |
| Qeyri-rəsmi adı | 8-ci km stadionu |
| Yeri | Bakı, Azərbaycan |
| Açılış tarixi | 14 sentyabr 2012 |
| Sahibi | Neftçi PFK |
| Tamaşaçı tutumu | 11,000 |
| Ev sahibi komanda | Neftçi PFK |
| Ot örtüyü | Təbii |
Tarix
AFFA tərəfindən inşa edilən "8-ci km stadionu" 2012-ci il sentyabrın 14-də rəsmi olaraq açılmışdır. Bu stadionda 17 yaşadək qızlar arasında dünya çempionatının bəzi oyunları keçirilmişdir. Dünya çempionatı bitdikdən sonra AFFA və Neftçi PFK-nın qarşılıqlı anlaşmasına əsasən stadion Neftçi PFK-ya verilmişdir.
Neftçi PFK bu stadiondakı ilk oyununu ölkə çempionatının 2012–2013 mövsümünün 13-cü turunda "Sumqayıt" komandasına qarşı keçirmiş və böyük hesabla qalib gəlmişdir: (8–1)
2013-cü ildə "8-ci km stadionu"-nun adı AFFA və Bakcell şirkəti arasında bağlanmış 10 illik müqaviləyə əsasən "Bakcell Arena" olmuşdur. "Bakcell Arena" adının açılışı ölkə çempionatının 2012–2013 mövsümünün 21-ci turunda baş tutmuş və ev sahibi olan "Neftçi" üçün düşərli olmuşdur. Həmin gün Neftçi İnter klubunu 2 cavabsız qolla məğlub etmişdir.
2023-cü ildə arenanın adı ilə bağlı müqavilə başa çatıb.
4 avqust 2023-cü ildən stadionun adı Neftçi Arena olmuşdur.
2025-ci ilin fevralında olan müqaviləyə görə növbəti mövsümdə adı Palms Sport olaraq dəyişdirilib.

