Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məsud Pezeşkian (fars. مسعود پزشکیان‎; 29 sentyabr 1954, Məhabad, Qərbi Azərbaycan ostanı) — İran siyasətçisi və həkimi. İranın 9-cu prezidenti (2024-cü ildən).

Məsud Pezeşkian

  • Ana Səhifə
  • Məsud Pezeşkian

Məsud Pezeşkian (fars. مسعود پزشکیان‎; 29 sentyabr 1954, Məhabad, Qərbi Azərbaycan ostanı) — İran siyasətçisi və həkimi. İranın 9-cu prezidenti (2024-cü ildən). İran Səhiyyə və Tibbi Təhsil naziri (2001–2005).

Məsud Pezeşkian
fars. مسعود پزشکیان‎
İran İslam Respublikasının Prezidenti
Vəzifədədir
28 iyul 2024-cü ildən
ƏvvəlkiMəhəmməd Müxbir (i. e.)
İranın səhiyyə və tibbi təhsil naziri
22 avqust 2001 – 24 avqust 2005
ƏvvəlkiMəhəmməd Fərhadi[d]
SonrakıKamran Baqeri Lənkərani[d]
İranın İslam Şurası Məclisinin deputatı
27 may 2008 – 28 iyul 2024
Şəxsi məlumatlar
Doğum tarixi 29 sentyabr 1954(1954-09-29) (71 yaş)
Doğum yeri
  • Məhabad, Məhabad mərkəz bəxşi[d], Məhabad şəhristanı, Qərbi Azərbaycan ostanı, İran
Partiya
  • bitərəf
Təhsili
  • İran Tibb Elmləri Universiteti[d] (1990–1993),
  • Təbriz Tibb Elmləri Universiteti (1976–1990)
Fəaliyyəti siyasətçi, ürək cərrahı, akademik[d]
Uşaqları 4 (Zahra Pezeshkian, Mehdi Pezeshkian, Yousef Pezeshkian daxil olmaqla)
Dini on iki imam şiəliyi, şiəlik
Hərbi xidmət
Mənsubiyyəti İran
Döyüşlər
  • İran–İraq müharibəsi,
  • İran–İsrail müharibəsi
Elmi fəaliyyəti
Elm sahəsi aorta koronar şuntlama, ümumi cərrahiyyə

Təltifləri "İslam inqilabı" ordeni — 2024
"Məxdumqulu Fəraqi" medalı
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı və fəaliyyəti

Məsud Pezeşkian 1954-cü ildə Qərbi Azərbaycan ostanının Məhabad şəhərində doğulub. "The Guardian" qəzetinə görə, onun ata tərəfdən azərbaycanlı, ana tərəfdən kürd olduğu bildirilir. BBC isə onun azərbaycanlı olduğunu qeyd edir. O, həmçinin BBC-yə verdiyi bir açıqlamasında özünün türk olduğunu və Azərbaycanda doğulduğunu bildirmişdir.

İran Parlamentinin birinci sədr müavini və İran parlamentinin onuncu dövründə Təbrizi təmsil edən nümayəndələrdən biri idi.

Təbrizdən olan millət vəkili Məsud Pezeşkian 2024-cü ildə prezident seçkisində seçki fəallığını artırmaq məqsədilə prezidentliyə namizədliyini irəli sürmüşdür.

2024 İran prezident seçkilərində iştirakı

Pezeşkian prezident seçkilərinin ikinci turunda rəqibi Səid Cəlili ilə mübarizə aparmış və qalib gəlmişdir. O, vəzifələrinin icrasına 28 iyul 2024-cü ildə başlamışdır.

Həmçinin bax

  • Pezeşkianlar
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 14, 2026

    Dəniz bəbiri

  • Mart 26, 2026

    Cəlalilər hərəkatı

  • Aprel 07, 2026

    Mərkəzi Yunanıstan

  • Aprel 04, 2026

    Amazon (şirkət)

  • Mart 26, 2026

    Hüseyn ibn Əli

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst