Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Britaniya Kral Cəmiyyəti, London Kral Cəmiyyəti qısa və ən geniş tanınmış adı- Kral Cəmiyyəti. Geniş adı — Təbiət haqqında bilikləri genişləndirmək üçün London

Kral Cəmiyyəti

  • Ana Səhifə
  • Kral Cəmiyyəti

Britaniya Kral Cəmiyyəti, London Kral Cəmiyyəti qısa və ən geniş tanınmış adı- Kral Cəmiyyəti. Geniş adı — Təbiət haqqında bilikləri genişləndirmək üçün London Kral Cəmiyyəti (en Royal Society of London for the Improvement of Natural Knowledge). Dünyada ən qədim elmi cəmiyyətlərdən biri: 1660-cı ildə yaradılmış və rəsmi olaraq 1662-ci ildə fəaliyyətə başlamış elmi cəmiyyətdir. İngiltərə kralı II Çarlz tərəfindən açılışı edilmişdir. Cəmiyyət təsisçiləri ilə bərabər tədqiqat və elmi müzakirələr üçün bir məkan olmağı hədəfləyirdi və əvvəlcə Invisible Kollecinin davamı idi. Cəmiyyət Britaniya hökumətinə qarşı dövlət yardımı alan elmi ekspertlər hazırlayan müəssisə kimi çıxış edir. Cəmiyyət Böyük Britaniyanın Elmlər Akademiyası kimi fəaliyyət göstərir və elmi-tədqiqat müəssisələrinə və elmi təşkilatlara sərmayələr qoyur.

Kral Cəmiyyəti
Ümumi məlumatlar
Ölkə
  •  Birləşmiş Krallıq
Yaradılıb noyabr 1660
Digər məlumatlar
İşçi sayı
  • 291 nəf. (2025)
Sayt royalsociety.org
Mükafatlar kommunikasiya və humanitar fəaliyyət sahəsində Asturiya Şahzadəsi mükafatı — 2011
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cəmiyyət öz şurası tərəfindən idarə olunur; Cəmiyyətə bir sıra nizamnamə və müəyyən rütbələrə müvafiq olaraq cəmiyyətin prezidenti rəhbərlik edir. Şuranın üzvləri və sədri, yəni cəmiyyətin əsas üzvləri akademiya üzvləri tərəfindən seçilir və akademiya üzvlərinin özləri isə mövcud olan digər akademiya üzvləri tərəfindən seçilirlər. Hər il təyin olunan 44 yeni üzvü ilə bərabər hal-hazırda FRS (Fellow of Royal Society: Kral Cəmiyyətinin üzvü) aşağı titulundan istifadə etmək imkanı verilmiş 1314 akademiya üzvü mövcuddur.

Yalnız Millətlər Cəmiyyətinə üzv dövlətlərin vətəndaşları və İrlandiya vətəndaşları Kral Cəmiyyətinə üzv ola bilərlər. Nyuton, Faraday, Robert Huk kimi məşhur elm adamları Kral Cəmiyyətinin prezidenti olmuşdurlar.

Məşhur üzvləri

  • İsaak Nyuton
  • Antoni van Levenhuk
  • Robert Huk
  • İlon Mask
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 02, 2026

    1 avqust

  • Aprel 06, 2026

    Muzdlu işçi

  • Mart 26, 2026

    Krım xanlığı

  • Aprel 13, 2026

    Şüştər (dəqiqləşdirmə)

  • Mart 26, 2026

    Murovdağ

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst