Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yalçın İlqar oğlu Rəfiyev (tam adı:Rəfiyev Yalçın İlqar oğlu;) — COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini

Yalçın Rəfiyev

  • Ana Səhifə
  • Yalçın Rəfiyev

Yalçın İlqar oğlu Rəfiyev (tam adı:Rəfiyev Yalçın İlqar oğlu;) — COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini

Yalçın Rəfiyev
Yalçın İlqar oğlu Rəfiyev
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Vəzifədədir
8 sentyabr 2023-cü ildən
Şəxsi məlumatlar
Doğum tarixi 9 fevral 1987-ci il
Doğum yeri Şəmkir şəhəri, Azərbaycan
Rütbəsi ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

Təltifləri "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı

Mündəricat

Həyatı

Yalçın İlqar oğlu Rəfiyev 9 fevral 1987-ci ildə Şəmkir şəhərində anadan olub. 2007-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər” fakültəsinin “Beynəlxalq Münasibətlər” ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2010-2011-ci illərdə İtaliyanın Roma şəhərində yerləşən NATO Müdafiə Kollecində Ali Kursunda, 2014-2016-cı illərdə isə Avstriyanın Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının “Korrupsiyaya qarşı mübarizə üzrə mütəxəssis” proqramı üzrə magistr proqramında təhsil alıb.

Ailəlidir, iki övladı var.

Fəaliyyəti

Diplomatik fəaliyyəti

Peşəkar fəaliyyətə 21 sentyabr 2007-ci il tarixində Xarici İşlər Nazirliyinin (XİN) Təhlükəsizlik Problemləri İdarəsində referent vəzifəsində başlayıb.

  • 2009 – 2011-ci illərdə XİN-in Təhlükəsizlik Problemləri İdarəsinin attaşesi;
  • 2011 – 2013-cü illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin üçüncü katibi;
  • 2013– 2015-ci illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin ikinci katibi;
  • 2016 – 2017-ci illərdə AR Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin birinci katibi;
  • 2017 – 2018-ci illərdə Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin birinci katibi;
  • 2018-ci ilin avqust ayından 2019-cu ilin sentyabr ayınadək AR Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəis müavini;
  • 2019-cu il sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək AR Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışıb.
  • Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2023-cü il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub.
  • Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2021-ci il tarixli sərəncamı ilə “ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi” rütbəsi verilib.

Təltifləri

9 iyul 2019-cu il tarixində Diplomatik xidmət orqanlarındakı fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı təltif olunub.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 27, 2026

    Aygün Kazımova

  • Aprel 12, 2026

    Qar xətti

  • Aprel 02, 2026

    Bioloji təsnifat

  • Aprel 04, 2026

    Həştərxan vilayəti

  • Mart 29, 2026

    Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst