Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Macarıstan azərbaycanlıları (ing. Azerbaijani Hungarians) — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Ma

Macarıstan azərbaycanlıları

  • Ana Səhifə
  • Macarıstan azərbaycanlıları

Macarıstan azərbaycanlıları (ing. Azerbaijani Hungarians) — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Macarıstanda yaşayan hissəsinin adı. Əsasən Budapeşt, Debreçen, Peç, Györ, Dunauyvaroş, Mişkolç, Seqed şəhərlərində yaşayırlar.

Macarıstan azərbaycanlıları
Ümumi sayı
1500-2000{[mənbə göstərilməlidir]
Yaşadığı ərazilər
Budapeşt, Debreçen, Peç, Györ, Dunauyvaroş, Mişkolç, Seqed
Dili

Azərbaycan dili
ingilis dili
macar dili

Dini

İslam, İudaizm{[mənbə göstərilməlidir]

Mündəricat

Tarixi

Azərbaycanlıların Macarıstana miqrasiyası əsas etibarilə təhsil məqsədilə olmuşdur, lakin ailə birləşməsi, iş məqsədilə də miqrasiya da aparıcı faktorlardan biri olmuşdur.

Azərbaycanlıların Macarıstanda təhsili

Azərbaycanlılar Macarıstanda təhsil üçün daha çox 1990-cı illərdə maraqlanmağa başlayıblar və artıq 90-cı illərin ortalarından hər il bir neçə tələbə Mərkəzi Avropa Universitetində təhsil alıb. Daha sonralar azərbaycanlılar digər ali məktəblərdə də təhsil almağa başlayıblar və hazırda Macarıstanda 10-dan çox ali məktəbdə azərbaycanlı tələbələr təhsil almaqdadırlar. Macarıstan-Azərbaycan Gənclər Birliyi Macarıstanda təhsili Azərbaycanda təbliğ etməkdədir və bu layihə "Study in Hungary" adlanır.

Budapeştdə Azərbaycan Evi

28 dekabr 2019-cu ildə Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Evinin açılışı olub.

Macarıstanda Azərbaycan Kitab Guşəsi

3 May 2019-cu il tarixində Macarıstanın Dunauyvaroş Universitetinin kitabxanasında Azərbaycan universitet və institutlarından ianə edilən kitabların nəticəsində "Azərbaycan Kitab Guşəsi" açılmışdır.

Təşkilatlar

Macarıstandakı azərbaycanlılar 4 müxtəlif təşkilatlarda aktiv iştirak edirlər:

  • Macarıstan-Azərbaycan Gənclər Birliyi (qısaca MAGB). Dekabrın 6-sı 2012-ci ildə Macarıstanda təhsil alan və işləyən Azərbaycanlı gənclər və Macarəstanın fəal gəncləri tərəfindən yaradıldı. Təşkilatın məqsədi Azərbaycan-Macarıstan gənclərarası əlaqələri inkişaf etdirmək, onlar arsındakı dialoqu təşkil edərək ikitərəfli münasibətləri gənclər səviyyəsində ön plana çəkməkdir.
  • Macar-Azərbaycan Dostluq Cəmiyyəti. 1994-cü ildən Macarıstanın paytaxtı Budapeştdə fəaliyyət göstərir, sədri Svetlana Abdullayevadır, cəmiyyət üzvlərinin yalnız 10 faizi azərbaycanlılardan ibarətdir.
  • “Qardaşlıq” Macar-Azəri Birgə Cəmiyyəti, sədri Ramiz Əmirlidir.
  • Peç Azərbaycan cəmiyyəti. Daha çox yalnız bir şəhərdə, Peç şəhərində olan Azərbaycanlıların icmasına xidmət edir, təşkilatın sədri Cavid Əhmədovdur .

Aparıcı şəxslər

  • Qabor Qubadov. Macarıstanın Milli Məclisində Fides partiyasını 2006-cı ildən təmsil edir. Macarıstan Futbol Liqasında fəaliyyət göstərən məşhur Ferençvaroş klubunun prezidentidir.

Həmçinin bax

  • Azərbaycan-Macarıstan münasibətləri
  • Macarıstanda təhsil
  • Azərbaycan diasporu
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 03, 2026

    Şamaxı bələdiyyəsi

  • Mart 26, 2026

    Bayatı

  • Mart 30, 2026

    Qoşma (qrammatika)

  • Aprel 06, 2026

    Troyekurov qəbiristanlığı

  • Mart 31, 2026

    Salvador

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst