Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Musavi Emin Qabil oğlu (29 sentyabr 1976, Bakı) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, televiziya və radio aparıcısı, "ASAN Radio"nun direktoru.

Emin Musəvi

  • Ana Səhifə
  • Emin Musəvi

Musavi Emin Qabil oğlu (29 sentyabr 1976, Bakı) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, televiziya və radio aparıcısı, "ASAN Radio"nun direktoru.

Emin Musavi
Emin Qabil oğlu Musavi
Emin Musavi
Emin Musavi
Doğum tarixi 29 sentyabr 1976(1976-09-29) (49 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Atası Qabil Musavi
Anası Zemfira Novruzbəyova
Milliyyəti Azərbaycanlı
Təhsili
  • Azərbaycan Tibb Universiteti,
  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Fəaliyyəti 1997 – h. h.
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 20222022
"Tərəqqi" medalı
emin-musavi.business.site
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Musavi Emin Qabil oğlu 29 sentyabr 1976-cı ildə Bakı şəhərində doğulub. Orta təhsilini Bakı şəhər 46 saylı orta məktəbdə alıb.

1994–2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində Psixiatr ixtisasına yiyələnib. Həmçinin Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu Politologiya ixtisası üzrə bitirib.

1997–1999-cu illərdə ANS ÇM radiosunda aparıcı vəzifəsində çalışıb.

1999–2000-ci illərdə "106 FM" radiosunda direktor vəzifəsində çalışıb.

2000–2002-ci illərdə orduda həqiqi hərbi xidmətdə olub.

2003–2004-cü illərdə Space TV-də aparıcı, 2004–2012-ci illərdə "Azad Azərbaycan" radiosunda direktor və aparıcı kimi fəaliyyətini davam etdirib. Eyni zamanda "Azad Azərbaycan Televiziyası"nda aparıcı və müəllif kimi çalışıb.

2010–2015-ci illərdə Latviya səfirliyində KİV-lərlə iş üzrə məsləhətçi (ictimai əsaslarla) vəzifəsində işləyib. Xarici ölkələr üçün tanıtım xarakterli filmlərin çəkilməsi və həmin filmlərin xarici kanallarda yayımlanması da fəaliyyət sahəsinə daxil olub.

Televiziya layihələri çərçivəsində dünyanın aparıcı siyasətçiləri — İsrailin prezidenti Şimon Peres, Latviya prezidentləri, Estoniya, Argentina, Almaniya rəsmiləri, parlament üzvləri ilə, eyni zamanda, Layma Vaykule, Vaxtanq Kikabidze, Raymond Pauls, Polad Bülbüloğlu və s. kimi sənətçilərdən müsahibə alıb.

2015-ci ildən ASAN Radionun direktoru vəzifəsində fəaliyyət göstərir.

2019-cu ildə "EU NEİGHBOURS" Şərq layihəsi çərçivəsində Helsinki və Tallin şəhərlərində, 2 dəfə isə Amerikada olub xüsusi audio və video buraxılışlar hazırlayıb. "IVLP" proqramı çərçivəsində Amerikanın müxtəlif ştatlarında yerləşən radiostansiyalarda təcrübə mübadiləsində iştirak edib. "Hello, America!" və "Avropadasan" verilişlərinin prodüserlik vəzifəsini icra edib. 2021-ci ildə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə keçirilən "Mediada islahatlara doğru" silsilə seminarların iştirakçısı olub.

Ailəlidir, 2 övladı var.

Təltifləri

  • "ASAN FM" radiosunun direktoru Emin Musavi Rayonun ictimai‐siyasi, sosial‐iqtisadi və mədəni həyatındakı yeniliklərin ictimaiyyətə obyektiv və qərəzsiz, şəkildə çatdırılmasında xidmətlərinə görə 22 iyul Milli Mətbuat və Jurnalistika günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunmuşdur.
  • "ASAN xidmət" işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Emin Musavi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Tərəqqi" medalına layiq görülmüşdür.
  • Emin Musavi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Jurnalistika sahəsində səmərəli fəaliyyətinə görə "Əməkdar jurnalist" fəxri adına layiq görülmüşdür.

Xarici kecidlər

  • Vikianbar Vikianbarda Emin Musavi ilə əlaqəli mediafayllar var.
  • Эмин Мусави: Наша вера в победу неразрывно связана с этими людьми
  • ASAN Radio azərbaycanlı paralimpiyaçılara dəstək olacaq
  • Emin Musavi
  • Emin Musavi DIRECTOR OF ASAN RADIO
  • Emin Musavinin təsirli Ağdam reportajı: "Sevdiyimlə görüşdük…"
  • Binəqədi İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri ASAN Radionun qonağı olublar 2021-07-31 at the Wayback Machine
  • Emin Musavi BKM-nin "Oxu saatı"nın qonağı oldu
  • Radioreklamın effektliliyi və üstünlüyü
  • The second year of COVID-19 in Azerbaijan: fake news versus real problems
  • APA Holding, ASAN radio sign MoU for cooperation
  • "Hello to Soldier" on the occasion of the Armed Forces Day
  • Excursion of the Binagadi youth to the administrative buildings of the Asan Radio and Public TV on the occasion of the "National Press and Journalism Day"
  • YARAT WEEKLY TALKS: EMIN MUSAVI
  • Emin Musavi "ASAN Radio"nun fəaliyyəti barədə təqdimat etdi 2021-07-26 at the Wayback Machine
  • Emin Musavi: "Azərbaycan Beynəlxalq Bankı ilə birgə bunu bacardıq"
  • "History of Azerbaijan" project continues at ASAN Radio
  • ASAN Radio’s "Hello, America" program to be broadcast with support from ADA University 2021-07-29 at the Wayback Machine
  • womex.com — MUSAVI, EMIN Press, Radio, Tv
  • "Qeyri-rəsmi" Emin Musavi ilə verilişinin budəfəki qonağı Xalq artisti Emin Ağalarov olub.
  • BAKU. WS xəbər verir ki, BAKU. TV və ASAN Radionun birgə layihəsi olan "Qeyri-Rəsmi" Emin Musavi ilə proqramının qonağı Azərbaycan Respublikasının Xalq artisti Emin Ağalarov olub.
  • ПРАВИЛА ЖИЗНИ. ЭМИН МУСАВИ: "Дружба между мужчиной и женщиной? Без секса?.."
  • Стараюсь не идти против совести. Эмин Мусави дал интервью Media. Az в День рождения ASAN Radio
  • Эмин Мусави: "Надо думать о больших доходах, а не о больших расходах!"
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    İrandilli xalqlar

  • Aprel 19, 2026

    Zərdüşt dini

  • Aprel 03, 2026

    Şərur rayonu

  • Mart 31, 2026

    Natəvan Babayeva

  • Aprel 10, 2026

    M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst