Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Soltan İsmayıl oğlu Hacıbəyov (8 may 1919, Şuşa – 19 sentyabr 1974, Bakı) — Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, professor (1964), SSRİ xalq artisti (1973).

Soltan Hacıbəyov

  • Ana Səhifə
  • Soltan Hacıbəyov

Soltan İsmayıl oğlu Hacıbəyov (8 may 1919, Şuşa – 19 sentyabr 1974, Bakı) — Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, professor (1964), SSRİ xalq artisti (1973). O, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri (1948–1956) və direktoru (1955–1962), Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1953–1968) və Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1969–1974) vəzifələrində çalışmışdır.

Soltan Hacıbəyov
Azərbaycan Dövlət Konservatoriyasının rektoru
1969 – 1974
ƏvvəlkiCövdət Hacıyev
SonrakıB. Məmmədova
Şəxsi məlumatlar
Doğum tarixi 8 may 1919(1919-05-08)
Doğum yeri
  • Şuşa, Şuşa qəzası, Gəncə quberniyası
Vəfat tarixi 19 sentyabr 1974(1974-09-19) (55 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Təhsili
  • Bakı Musiqi Akademiyası
Fəaliyyəti dirijor, bəstəkar, pedaqoq, pianoçu, musiqi pedaqoqu
Uşağı
  • İsmayıl Hacıbəyov
Dini İslam
Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
2-ci dərəcəli "Stalin" mükafatı SSRİ xalq artisti Azərbaycan SSR xalq artisti Azərbaycan SSR əməkdar incəsənət xadimi Azərbaycan SSR Dövlət mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Soltan Hacıbəyovun xatirə lövhəsi (Bakı)

Soltan Hacıbəyov 1919-cu il mayın 8-də Şuşa şəhərində anadan olmuşdur. 1930-cu ildə ikiillik ibtidai məktəbi bitirdikdən sonra Bakıya köçmüş, 1936-cı ildən etibarən əmisi Üzeyir Hacıbəyovun ailəsində yaşamışdır.

Orta təhsilini tamamladıqdan sonra Bakı Musiqi Texnikumunun truba sinfinə (A. Kolpinskinin sinfi) daxil olmuşdur. 1939-cu ildə texnikumu bitirərək Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə, Boris Zeydmanın sinfinə (musiqi nəzəriyyəsi üzrə müəllimi N. Şumakov) qəbul olmuş və 1946-cı ildə oradan məzun olmuşdur. Konservatoriya tələbəsi olduğu illərdə Bakı Musiqili Komediya Teatrının orkestrinə dirijorluq etmişdir.

1940–1942-ci illərdə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən Sazçı Qızlar Ansamblına rəhbərlik etmişdir. 1942–1945-ci illərdə isə Bakı Filarmoniyası Orkestrinin bədii rəhbəri (1947-ci ildən isə direktoru) vəzifəsində çalışmışdır. 1948-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri (1955–1962-ci illərdə direktoru), Azərbaycan Dövlət Konservatoriyasında müəllim, 1965-ci ildən professor, 1969-cu ildən isə rektor vəzifəsində fəaliyyət göstərmişdir.

1953-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının (SİKP) üzvü olmuşdur.

Soltan Hacıbəyov 1974-cü il sentyabrın 19-da Bakı şəhərində vəfat etmiş, Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Mükafatları

  • Stalin mükafatı (II dərəcə) (1952) — M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında "Gülşən" baletinə görə
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı (26 aprel 1958)
  • "Qırmızı əmək bayrağı" ordeni (9 iyun 1959, 19 may 1969)
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı (24 may 1960)
  • Azərbaycan SSR Dövlət mükafatı (29 sentyabr 1970) — simfonik orkestr üçün konsertə görə
  • "SSRİ xalq artisti" fəxri adı (26 iyul 1973)

Xatirəsi

  • Sumqayıt Musiqi Kolleci və Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki küçələrdən biri Soltan Hacıbəyovun adını daşıyır.
  • Bakıda yaşadığı binanın fasadına xatirə lövhəsi vurulmuşdur.
  • Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi Azərbaycan prezidenti İlham Əliyevin 2019-cu il tarixli sərəncamı ilə dövlət səviyyəsində qeyd edilmişdir. Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən bəstəkarın yubileyinə həsr olunmuş tədbirlər planı hazırlanaraq həyata keçirilmişdir.

Nəsil şəcərəsi

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Hacıbəy
Hacıbəyov
 
 
 
 
 
 
 
 
 
 
 
Əbdülhüseyn bəy
Hacıbəyov
(1842–1901)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İsmayıl bəy
Hacıbəyov
(1879–1921)
 
 
 
Sayad
Hacıbəyova
(1872–1954)
 
Abuhəyat
Hacıbəyova
(1880–1951)
 
Zülfüqar
Hacıbəyov

(1884–1950)
 
Üzeyir
Hacıbəyov

(1885–1948)
 
 
Ceyhun bəy
Hacıbəyli
(1891–1962)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Soltan
Hacıbəyov

(1919–1974)
 
 
Osman
Hacıbəyov
(1924–1979)
 
Camal
Paşayev
(1895–1953)
 
Niyazi
Tağızadə-
Hacıbəyov
(1912–1984)
 
Çingiz
Hacıbəyov

(1913–1971)
 
Ceyhun
Hacıbəyli
(1919–1941)
 
Timuçin
Hacıbəyli
(1921–1993)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İsmayıl
Hacıbəyov

(1949–2006)
 
 
 
 
 
 
Cəmil
Paşayev
(1926–1978)

Həmçinin bax

  • Karvan (simfonik lövhə)
  • Hacıbəyovlar
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 29, 2026

    Müstəqilliyin Bərpası Günü (Azərbaycan)

  • Aprel 03, 2026

    Gürcüstan quberniyası

  • Mart 30, 2026

    Seks sənayesi

  • Mart 26, 2026

    İmam Rza

  • Aprel 08, 2026

    Nisa (Türkmənistan)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst