Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şahbulaq məscidi — Azərbaycanın Ağdam rayonunda Şahbulaq adlanan ərazidə yerləşən tarixi-memarlıq abidəsi. Məscid Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə i

Şahbulaq məscidi

  • Ana Səhifə
  • Şahbulaq məscidi

Şahbulaq məscidi — Azərbaycanın Ağdam rayonunda Şahbulaq adlanan ərazidə yerləşən tarixi-memarlıq abidəsi. Məscid Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilmişdir.

Şahbulaq məscidi
Ölkə  Azərbaycan
Şəhər Ağdam
Yerləşir Ağdam rayonu
Aidiyyəti Şahbulaq Qıfılı saray kompleksi
Sifarişçi Pənahəli xan
Tikilmə tarixi 1751
Üslubu Arran memarlıq məktəbi
Hündürlüyü 5,4 m
Uzunluğu
  • 7,18 m
Eni 9,38 m
Material əhəng daşı
Vəziyyəti naməlum
40°04′10″ şm. e. 46°54′18″ ş. u.HGYO
Xəritə
Şahbulaq məscidi (Azərbaycan)
Nöqtə
Şahbulaq məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Memarlıq quruluşu

Bütövlükdə yerli əhəng daşı ilə inşa edilmiş Şahbulaq məscidi üç tağlı eyvandan və bir ibadət zalından ibarətdir. Eyvanın tağları mütənasib qamətli bir cüt daş sütunlara söykənir. Tavanı isə tağbənd şəklində tamamlanır. İbadət zalı kvadrat şəkilli olduğundan tavanı interyer tərəfdən günbəz şəklində tamamlanmış, bayır tərəfdən isə günbəz üzərinə yeni örtük materialları əlavə etməklə dam örütüyü iki yamaclı formaya salınmışdır. Bu da təbii suları dərhal yanlara axmasına əlverişli şərait yaratması üçün idi.

Ümumi divar hörgülərinin qalınlığı bir metrə çatan məscidin plan ölçüləri 9,38x7,18 metrdir. Məscid maili yerdə inşa edildiyindən onun arxa tərəfdən dam örütüyünə qədər olan məsafəsi 4,37m, baş fasad tərəfdən isə 5,40 metrə qədərdir.

Şahbulaq məscidinin memarlıq baxımından belə sadə həll olunmasına baxmayaraq bu məscid sonralar Qarabağda çoxsaylı məscidlər tikmiş Memar Kərbəlayi Səfixan Qarabaği yaradıcılığında bir örnək rolunu oynamaşdır.

Ağdamın Paprəvənd kəndindəki məsciddə də plan etibarı ilə Şahbulaq məscidinin memarlıq ideyası davam olunur.

Həmçinin bax

  • Şahbulaq Qıfılı saray kompleksi
  • Şahbulaq qalası
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 14, 2026

    Nizamiyyə mədrəsəsi

  • Mart 28, 2026

    Kenquru

  • Aprel 11, 2026

    İnformasiya təhlükəsizliyi

  • Aprel 09, 2026

    Məryəm Əlibəyli

  • Aprel 15, 2026

    Qaradağlı eli

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst