Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elçin Fizuli oğlu Ağayev 30 avqust 1981-ci ildə Azərbaycan SSR-in paytaxtı Bakı şəhərinin, Səbail rayonunda dünyaya gəlib.

Elçin Ağazadə

  • Ana Səhifə
  • Elçin Ağazadə

Elçin Ağazadə (30 avqust 1981, 26 Bakı Komissarı rayonu) — Azərbaycanlı rejissor, prodüser.

Elçin Ağazadə
Elçin Fizuli oğlu Ağayev
Doğum tarixi 30 avqust 1981 (44 yaş)
Doğum yeri Səbail, Bakı, Azərbaycan SSR
Milliyyəti Azərbaycanlı
Dini İslam
Təhsili Tam orta
Fəaliyyəti rejissor, prodüser
Fəaliyyət illəri 2000-ci ildən

Mündəricat

Həyat və fəaliyyəti

Elçin Fizuli oğlu Ağayev 30 avqust 1981-ci ildə Azərbaycan SSR-in paytaxtı Bakı şəhərinin, Səbail rayonunda dünyaya gəlib.

1988-ci ildə Bakı şəhəri, Səbail rayonunda 190 saylı tam orta məktəbdə təhsil almağa başlamış, 1999-cu ildə Hüseyn Cavid adına 132 № t.o.m-də tam orta təhsilini bitirib.

2000–2015-ci illərdə ilk şəxsi fəaliyyətinə səs rejissoru kimi başlamış, 2015-ci ildən rejissor kimi fəaliyyətinə davam edir. Reklam, klip, sosial çarxlar və daha sonra isə sənədli filmlərin rejissorluğunu edib. Bir çox işlərdə prodüser kimi də fəaliyyət göstərmişdir.

Autizm sindromlu uşaqlara həsr etdiyi "Uğur böcəyi" qısametrajlı filmi ABŞ-nin Florida ştatında keçirilən "15 dəqiqə çərçivə" adlı Beynəlxalq Kino Festivalının "Ən yaxşı sosial film" nominasiyasında 1-ci yeri tutmuşdur.

Quruluşçu rejissoru olduğu qısametrajlı "28" bədii-sənədli filmi 2021-ci ildə Türkiyənin Xaricdə Yaşayan Türklər və Qohum Cəmiyyətləri İdarəsi (YTB), Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsi, TRT, Anadolu Agentliyi və Boğaziçi Mədəniyyət-Sənət Fondunun təşkilatçılığı ilə ilk dəfə keçirilən Diaspora Beynəlxalq Qısa Film Festivalında 120 ölkədən təqdim edilən 3123 film arasında münsiflər heyəti tərəfindən final mərhələsinə seçilən 24 filmdən biri kimi 27–29 avqust tarixlərində İstanbulun "Atlas" kinoteatrında nümayişi təşkil edilib.

2022-ci ildə İran İslam Respublikasında keçirilən "Beynəlxalq Ərbəin Festivalı"nda rejissoru olduğu "Başqa Həyat" sənədli filmi ən yaxşı film nominasiyası üzrə qalib olmuşdur.

2022-ci ilin 2 aprel – 2 may tarixlərində Ramazan ayı boyunca Xəzər TV-də yayımlanmış Hacı Şahin Həsənlinin qonaq olduğu "Ramazan sevinci" adlı verilişin rejissoru olub.

2022-ci ildə 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalında rejissoru olduğu "Səs" qısametrajlı bədii filmi festivalın Panorama bölməsində iştirak hüququ qazanmışdır.

2023-cü ilin noyabr ayında 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalında rejissoru olduğu "Problem yoxdur" sənədli filmi festivalın Panorama bölməsində iştirak hüququ qazanmışdır.

Ağazadə 2024-cü ildə previzualizatoru olduğu və Xocalı soyqırımına həsr edilmiş “Kölgəsiz Adamlar” animasiya filminin tizerini paylaşaraq maddi problemlər səbəbilə bu layihənin yarımçıq qaldığını və tamamlamaq üçün sponsor və qrant axtarışında olduqlarını açıqlayıb.

Ailəlidir, Məhəmməd və Əbəlfəzl adlı 2 oğlan övladı var.

Filmoqrafiya

Rejissoru olduğu bədii və sənədli filmlər

  • "Cənnət Ətri" (2 hissə)
  • "Zamana sığmayan Nəsimi"
  • "Başqa həyat"
  • "Klassik Ədəbiyyatımızda İmam Hüseyn (ə)” (4 hissə)
  • "Səngərdə Azan"
  • "Uğur böcəyi"
  • "28" filmi
  • "Boş yelləncək"
  • "A day with Rafa" (Azərbaycan çəkilişlərinin prodüseri və rejissoru)
  • "Səs" (qısametrajlı bədii film)
  • "Gənclik" (sənədli film)
  • "Problem yoxdur" (sənədli film)
  • "Qəhrəmanlıq salnaməsi: Elşən Səfərov zirvəsi" (sənədli film)
  • Şəhid Əmir Kazımov haqqında "Gülərüz şəhid" sənədli filmi
  • “İşığa doğru”
  • ”Hacı” — Hacı Şahin Həsənlinin əziz xatirəsinə həsr edilmiş bədii-sənədli film

Rejissoru olduğu sosial çarxlar

  • "Həyatını zəhərləmə"
  • "Hər şey səndən başlayır"
  • "Bibi Heybət"
  • "Evdə qal"
  • "Stop Armenian terror"
  • "Xalqın sevgisi"
  • "1 İyun Beynəlxalq Uşaqlar Günü"
  • "28 May"
  • "Xoş gəldin, Ramazan"
  • "Azərbaycan. Qusar. Laza"
  • "Zəfər bayramı”

Prodüseri olduğu layihələr

  • Qurani-Kərimin maariflənməsi üçün tanıtım çarxı
  • Zamiq Hüseynov, "Duman" (klip)
  • Murad Arif, "Oğlum" (klip)
  • "Badi-Kubə", "Münacat" (klip)
  • Orxan Məhəmmədi, "Lay-lay" albomu
  • "Nəfəs"
  • "A day with Rafa" (Azərbaycan çəkilişlərinin prodüseri və rejissoru)
  • Şəhid Əmir Kazımov haqqında "Gülərüz şəhid" sənədli filmi

Rejissoru olduğu kliplər

  • Samir Salam "O Мухаммад" , "Dahilərin Məhərrəmlik müsahibəsi"
  • Seyyid Taleh Boradigahi, "Səslərəm Kərbubəla", "Qəlbimdə sənsən", "Abbas Abbas", "Əmirəl-möminin Heydər", "Əli mövla Əli", "Qarabağım mənim".
  • Seyyid Peyman, "Ey insan", "Ya Rəsulallah", "Mənə də bax", "Ramazan", "Hüseyn can, mən ağlaram sənə"
  • Hacı Zahir Mirzəvi, "Dolanım başına Əbəlfəzl", "Ya Zəhra", "Gözəl Allahım", "Ya Məhəmməd", "Can Əli (şəhid)", "Qardaş" , "Şəhid balam"
  • "Zəfər sədası"
  • Badi Kubə "Uşaq olmaq istəyirəm"
  • Seyyid Faiq "Ey şəhid atası"

Rejissoru olduğu şeir səsləndirmə klipləri

  • Xəzər Süleymanlı, "Sevgi" , "Sevgimizin şahidi dəniz" , "Kim üzmüş səni, Qadın ?" , "Gəl sağollaşaq" , "Kəndimiz hər gecə yuxuma girir"
  • Ramil Hüseynov, "Həkim qardaşım"
  • Ramiz Rövşən, "Vətən"
Digər
  • “Kölgəsiz Adamlar” (previzualizator)

Həmçinin bax

  • Natiq Axund
  • Şahin Zəkizadə
  • Kənan MM
  • Səbuhi Atababayev
  • Orxan Bayramov
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 07, 2026

    Kuntsevo qəbiristanlığı

  • Mart 28, 2026

    Sübh namazı

  • Aprel 19, 2026

    Xalxal xanlığı

  • Mart 26, 2026

    Midiya dövləti

  • Aprel 04, 2026

    Abbasilər sülaləsi

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst