Şərəf Rəşidoviç Rəşidov (özb. Sharof Rashidovich Rashidov; 24 oktyabr (6 noyabr) 1917, Cizak, Türküstan general-qubernatorluğu – 31 oktyabr 1983, Daşkənd) — Özbəkistanın partiya və dövlət xadimi, yazıçı, iki dəfə sosialist əməyi qəhrəmanı, 1959–1983-cü illərdə Özbəkistan KP MK-nın I katibi olmuşdur.
| Şərəf Rəşidov | |
|---|---|
| Şərəf Rəşidoviç Rəşidov | |
| |
Özbəkistan KP MK-nın birinci katibi | |
| 1959 – 1983 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 24 oktyabr (6 noyabr) 1917 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 31 oktyabr 1983 (65 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi, şair, yazıçı |
| Hərbi xidmət | |
| Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
| Döyüşlər |
|
| Rütbəsi |
|
| | |
| Təltifləri | |
Həyatı
Şərəf Rəşid oğlu Rəşidov Özbəkistan Dövlət Universitetinin Filologiya fakultəsini bitirmişdir (1941). Səmərqənd şəhərində "Ленин йўли" qəzetinin redaktoru vəzifəsində işləmişdir.
