Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cil — Azərbaycan Respublikasının Lənkəran rayonunun Şağlaser inzibati ərazi vahidində kənd. Cil çayının sahilində, Lənkəran ovalığında yerləşir.

Cil (Lənkəran)

  • Ana Səhifə
  • Cil (Lənkəran)

Cil — Azərbaycan Respublikasının Lənkəran rayonunun Şağlaser inzibati ərazi vahidində kənd. Cil çayının sahilində, Lənkəran ovalığında yerləşir.

Cil
38°51′00″ şm. e. 48°45′29″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 2.279 nəf.
Xəritəni göstər/gizlə
Cil xəritədə
Cil
Cil
Vikilüğətdə Cil mövzusuna dair məlumatlar var.

Mündəricat

Coğrafiyası

Rayonu mərkəzindən 16 kilometr şimal-qərbdə, Lənkəran ovalığında, dəniz səviyyəsindən aşağıda yerləşir. Şərqdən Limanı şəhəri və Marso (Ürgə) kəndi, qərbdən Xarxatan kəndi ilə həmsərhəddir. 602 ailə təsərrüfatı olmaqla 597 hektar ərazisi var.[mənbə göstərilməlidir]

Əhalisi

Əhalisi 2454 nəfərdir.

Toponimiyası

Oykonim "bataqlıq yer", "sucaq yer" mənasındadır. Kənd öz adını hazırda qurudulmuş eyni adlı göldən almışdır. Tarixi mənbələrə görə, kəndin adı Gilan vilayətindən köçən Cil tayfasının adından götürülmüşdür.

İqtisadiyyatı

Kənddəki təsərrüfat Lenin adına sovxozun tərkibində fəaliyyət göstərmişdir. Əhali tərəvəzçilik, çayçılıq və heyvandarlıqla məşğul olmuşdur. Torpaq islahatına uyun olaraq aqrarislahat komissiyası yaradılmış (1997), sahələr əhaliyə paylanmışdır.

Din

Kənddə "Hüseyniyyə" məscidi dini icması fəaliyyət göstərir.

Hidrologiyası

Kənddə eyniadlı çay və göl vardır. Kənd ərazisindən axan Cil çayı mənbəyini Talış dağlarından götürür və Gamışovan mərdosuna tökülür. Hidronim "bataqlıq" mənasındadır. Gamışovan mərdosuna bitişik olan Cil gölü isə hazırda qurudulmuş və çay əkin sahəsinə çevrilmişdir.

Görkəmli şəxsləri

  • Allahşükür Paşazadə — Şeyxülislam və Qafqaz Müsəlmanları Ruhani İdarəsinin başçısı.
  • Əbdulqədir Cili — orta əsr sufi alimi.

Şəkillər

  • Cil kənd məscidi
    Cil kənd məscidi
  • Cil kənd məscidi
    Cil kənd məscidi
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 20, 2026

    Əli İbrahimov

  • Aprel 07, 2026

    Xalid Əhədov

  • Aprel 03, 2026

    Məmmədhəsən Hacınski

  • Aprel 10, 2026

    Lənkəran qəzası

  • Mart 26, 2026

    Marağa şəhəri

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst