Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hacıqabul gölü — Hacıqabul rayonu və Şirvan şəhərinin ərazisində yerləşən göl. Şirvan düzünün şimal hissəsində, Kür çayının sol tərəfində göl. Gölə su Qarasudan

Hacıqabul gölü

  • Ana Səhifə
  • Hacıqabul gölü

Hacıqabul gölü — Hacıqabul rayonu və Şirvan şəhərinin ərazisində yerləşən göl. Şirvan düzünün şimal hissəsində, Kür çayının sol tərəfində göl. Gölə su Qarasudan və Kür çayından buraxılır. Cənub hissəsində şorşor kanalı vasitəsilə Kür çayı ilə birləşir. Gölün ətrafı bataqlıq və qamışlıqdır. Göl yaxınlıqdakı Hacıqabul (indiki Qazıməmməd) yaşayış məntəqəsinin adı ilə adlanmışdır.

Hacıqabul
Ümumi məlumatlar
Eni 3 km
Uzunluğu 6 km
Sahəsi 16,68 km²
Dərin yeri 5 m
Şəffaflığı 0,06-2,5 m
Yerləşməsi
39°59′00″ şm. e. 48°55′30″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
  • Hacıqabul
Hacıqabul xəritədə
Hacıqabul
Hacıqabul
Hacıqabul (Azərbaycan)
Hacıqabul

Hacıqabul gölü Kür çayının vaxtaşırı daşması və Xəzər dənizinin çəkilmələri nəticələri yaranmışdır.

Ümumi məlumat

Azərbaycandakı başqa düzənlik göllərinin əksəriyyətindən fərqli olaraq, bu göldə qamışlıq bitkiləri zəif inkişaf edib, lakin ətrafdakı dayaz sulu çaylar və nohurlar bu çatışmazlığın əvəzini artıqlaması ilə çıxır.

Hacıqabul gölü köçəri quşların miqrasiyası dövründə onların müvəqqəti istirahəti və bataqlıqda yaşayan su quşlarının, o cümlədən, nəsli kəsilməkdə olan növlərin yuva qurmaları çox əlverişli şəraitə malikdir. Göldəki su durğundur və qışda donmur. Şirvan Elektrik Stansiyasının ilıq suları da bu gölə tökülür.

Dərinliyi 5 metr, suyu ilıq olan bu göldə mamırların və onurğasızların bol olması quşlar üçün bol yem bazası yaradır. Gölün forma etibarilə oval şəklində olması sayəsində onun sahilindən ortasına qədər məsafəni böyük edir. Bu isə quşların özlərini qoruya bilməsi üçün mühüm şərait yaradır.

Göldə ovçuluq və balıqçılıqla ancaq müvafiq lisenziya ilə məşğul olmaq mümkündür.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 08, 2026

    Sərraf Şiruyə

  • Mart 26, 2026

    İnternet

  • Mart 28, 2026

    Simarə İmanova

  • Aprel 12, 2026

    Nazir (hökumət)

  • Mart 27, 2026

    II Əbdülhəmid

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst