Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Oleq Səfərəliyev (13 oktyabr 1952, Talas rayonu[d], Cambul vilayəti) — rejissor, ssenari müəllifi və film prodüseri.

Oleq Səfərəliyev

  • Ana Səhifə
  • Oleq Səfərəliyev

Oleq Səfərəliyev (13 oktyabr 1952, Talas rayonu[d], Cambul vilayəti) — rejissor, ssenari müəllifi və film prodüseri.

Oleq Səfərəliyev
Doğum tarixi 13 oktyabr 1952(1952-10-13) (73 yaş)
Doğum yeri
  • Talas rayonu[d], Cambul vilayəti, Qazaxıstan SSR, SSRİ
Fəaliyyəti Rejissor
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
IMDb ID0755794

Mündəricat

Həyatı


Oleq Səfərəliyev 13 oktyabr 1952-ci ildə Qazaxıstanın Cambul vilayətində anadan olub.

1973-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini, 1988-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini – Sergey Solovyovun emalatxanasını bitirib.

1987-ci ildə “Murad-Sad” adlı diplom işini çəkib və elə o vaxtdan “Mosfilm”ə dəvət olunub.

1991-ci ildə Azərbaycan Dövlət Rus Dram Teatrında Xalq yazıçısı Rüstəm İbrahimbəyovun “Ailə çərçivəsi” pyesini səhnələşdirib.

1993-2003-ci illərdə Rusiyanın “ORT”, “RTR” və başqa telekanallarında fəaliyyət göstərib.

1995-2005-ci illərdə “Avrasiya-Film” kino şikrətinin baş prodüseri olub.

“Canlı yayım” (1989, rejissor), “Kilsə”(sənədli film, 2003), “Müdriklərlə söhbətlər”(sənədli film, 2004), “Ka-De-Bo” (2007, rejissor, ssenari müəllifi, prodüser), “Savva Morozov” (2007, serial, rejissor), “Petrovka 38, Semyonovun komandası” (2009, rejissorlardan biri, serial), “Qorxu mağarası” (2010, rejissor), “Dəlisov yubiley” (2011, kreativ prodüser), “Növbətçi mələk-2” (2012, serial, rejissor ), “Qadınlar və digər bəlalar” (2014, serial, rejissor) filmlərini çəkib.

2014-cü ildə Şəki televiziyası üçün “Yeni il səfəri” adlı musiqili televiziya filmini çəkib.

Filmoqrafiya

  1. Murad-Sad (film, 1988)
  2. Birbaşa efir (film, 1989)
  3. Çalışan adam (film, 1996)
  4. Prezident və xanımı (film, 1996)
  5. Əlvida, cənub şəhəri (film, 2006)
  6. Qar kraliçası (film, 2006)
  7. Savva Morozov (serial, 2007)
  8. Petrovka, 38. Semenovun komandası (serial, 2008)
  9. Məni tap (film, 2010)
  10. Dəlisov yubiley (film, 2011)
  11. Növbətçi mələk 2 (serial, 2012)
  12. Qadınlar və digər problemlər (serial, 2014)
  13. Ka-de-bo (film, 2016)
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 27, 2026

    Vulkan

  • Aprel 03, 2026

    Morfologiya (dilçilik)

  • Mart 26, 2026

    Afrika

  • Aprel 03, 2026

    Həmədan ostanı

  • Aprel 02, 2026

    Elşən Həsənli

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst