Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəsib Məhəmməd oğlu Məhəməliyev (11 fevral 1961, Balakən rayonu) — Azərbaycan Milli Məclisinin V, VI və VII çağırış deputatı (2015-ci ildən), Nəsimi Rayon İcra

Nəsib Məhəməliyev

  • Ana Səhifə
  • Nəsib Məhəməliyev

Nəsib Məhəmməd oğlu Məhəməliyev (11 fevral 1961, Balakən rayonu) — Azərbaycan Milli Məclisinin V, VI və VII çağırış deputatı (2015-ci ildən), Nəsimi Rayon İcra Hakimiyyətinin (2006–2015) və Balakən Rayon İcra Hakimiyyətinin (2000–2006) sabiq başçısı.

Nəsib Məhəməliyev
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı
Vəzifədədir
24 noyabr 2015-ci ildən
Seçki dairəsiV və VI çağırış — 109 saylı Balakən
VII çağırış — 110 saylı Balakən
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı
3 mart 2006 – 2 sentyabr 2015
ƏvvəlkiTahir Quliyev
SonrakıAsif Əsgərov
Balakən Rayon İcra Hakimiyyətinin başçısı
27 iyul 2000 – 3 mart 2006
ƏvvəlkiŞücaət Bağırov
SonrakıAsif Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 11 fevral 1961(1961-02-11) (65 yaş)
Doğum yeri
  • Balakən rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Vətəndaş Həmrəyliyi Partiyası,
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Samara Dövlət Nəqliyyat Universiteti[d],
  • Bakı Dövlət Universitetinin Hüquq fakültəsi
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Mündəricat

Həyatı

Nəsib Məhəmməd oğlu Məhəməliyev 11 fevral 1961-ci ildə Balakən rayonunda anadan olmuşdur. 1982–1987-ci illərdə Kuybşev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun Dəmiryol nəqliyyatında "Daşınma prosesinin idarə olunması" ixtisası üzrə, 1991–1995-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini "hüquqşünaslıq" ixtisası üzrə bitirib.

Siyasi fəaliyyəti

2000–2006-cı illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2006–2015-ci illərdə isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

2024-cü il oktyabrın 8-də Azərbaycan — Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

3 fevral 2025-ci ildə Milli Məclisin İntizam komissiyasının tərkibinə daxil edilib.

Partiya fəaliyyəti

Nəsib Məhəməliyev bir müddət Vətəndaş Həmrəyliyi Partiyasının Balakən Rayon Təşkilatının sədr müavini olmuşdur, lakin o, daha sonra partiyadan istefa verərək Yeni Azərbaycan Partiyasına üzv olmuşdur.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 06, 2026

    İngiltərə gerbi

  • Aprel 20, 2026

    Əli İbrahimov

  • Aprel 04, 2026

    S:Fatihə surəsi

  • Mart 27, 2026

    Hüseyn Cavid

  • Aprel 04, 2026

    Həbəş əyaləti

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst