Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qasımbəyli — Azərbaycan Respublikasının Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Az

Qasımbəyli (Naftalan)

  • Ana Səhifə
  • Qasımbəyli (Naftalan)

Qasımbəyli — Azərbaycan Respublikasının Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati ərazi vahidinin Qasımbəyli kəndi Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. 14 aprel 2009-cu il tarixli 793-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Qasımbəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 11,9 ha torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir. 31 may 2010-cu il tarixli 1018-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil edən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri) ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir.

Qasımbəyli
40°30′ şm. e. 46°51′ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Sahəsi
  • 0,8827 km²
Mərkəzin hündürlüyü 204 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 409 nəf. (2015)
Rəsmi dili
  • Azərbaycan dili
Xəritəni göstər/gizlə
Qasımbəyli xəritədə
Qasımbəyli
Qasımbəyli

Mündəricat

Toponimikası

Yaşayış məntəqəsi Qasım bəy adlı şəxsə mənsub maldar ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Ağsu rayonunun Ərəbmehdibəy, Goranboy rayonunun Tap Qaraqoyunlu, Sabirabad rayonunun Qasımbəyli, Cəlilabad rayonunun Şiləvəngə və Bərdə rayonunun Kələntərli inzibati ərazi vahidlərində də bu adda toponimlər mövcuddur. Ancaq bu toponimlərin yaranma tarixləri və toponimkası müxtəlifdir.

Tarixi

Coğrafiyası və iqlimi

Kənd düzənlikdə yerləşir.

Həmçinin bax

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 12, 2026

    Zərb alətləri

  • Aprel 22, 2026

    Nəcibə Məlikova

  • Aprel 11, 2026

    Gilan xanlığı

  • Aprel 22, 2026

    Hafiz Hacıyev

  • Mart 27, 2026

    Fərhad Əliyev

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst