Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yaqub Cavad oğlu Məmmədov (3 mart 1941, Əliismayıllı, Gədəbəy rayonu) — Azərbaycan alimi və sabiq siyasətçisi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli

Yaqub Məmmədov

  • Ana Səhifə
  • Yaqub Məmmədov

Yaqub Cavad oğlu Məmmədov (3 mart 1941, Əliismayıllı, Gədəbəy rayonu) — Azərbaycan alimi və sabiq siyasətçisi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1989), Azərbaycan Respublikası Ali Sovetinin sədri (mart–may 1992), Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı (mart–may 1992).

Yaqub Məmmədov
Azərbaycan Respublikası Ali Sovetinin sədri
5 mart 1992 – 18 may 1992
ƏvvəlkiElmira Qafarova
Sonrakıİsa Qəmbər
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı
6 mart 1992 – 14 may 1992
ƏvvəlkiAyaz Mütəllibov
SonrakıAyaz Mütəllibov
Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin rektoru
1983 – 4 mart 1992
ƏvvəlkiZəhra Quliyeva
SonrakıƏhliman Əmiraslanov
Şəxsi məlumatlar
Doğum tarixi 3 mart 1941(1941-03-03) (85 yaş)
Doğum yeri
  • Əliismayıllı, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Tibb Universiteti
Fəaliyyəti siyasətçi, həkim
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • tibb elmləri doktoru

Təltifləri "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1991 "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı — 19811981
"Qırmızı əmək bayrağı" ordeni — 19821982 "Xalqlar dostluğu" ordeni — 19871987

Mündəricat

Həyatı

Yaqub Məmmədov 1941-ci il mart ayının 3-də Gədəbəy rayonunun Əliismayıllı (indiki Alnabat) kəndində anadan olub.

1966-cı ildən Azərbaycan Tibb Universitetinin patoloji fiziologiya kafedrasında azərbaycan və rus bölmələrində praktik məşğələlər aparır və mühazirələr oxuyurur.

"Ürəyin öyrənilməsi" üzrə Beynəlxalq Cəmiyyətin, Beynəlxalq Patofizioloqlar və Limfoloqlar cəmiyyətinin, həmçinin "Ekstremal və terminal vəziyyətlər" Beynəlxalq elmi komissiyasının üzvüdür.

Siyasi karyerası

Azərbaycanda siyasi təlatümlərin hökm sürdüyü bir vaxtda Azərbaycan Tibb Universitetinin ovaxtkı rektoru olan Yaqub Məmmədov parlamentin mart ayının 5-də Dağlıq Qarabağda etnik Azərbaycanlılara qarşı baş vermiş Xocalı soyqırımı ilə əlaqədar keçirilmiş növbədənkənar iclasında Azərbaycan Milli Məclisinin sədri seçilir. O, Azərbaycanın Qarabağ regionu üzrə parlamentdəki nümayəndəsi və eyni zamanda da parlamentin sədri olan Elmira Qafarovanın istefasından sonra bu vəzifəyə təyin edilmişdir. Mart ayının 6-da prezident Ayaz Mütəllibov istefaya getməyə məcbur edilmiş və ovaxtkı Azərbaycan konstitusiyasına əsasən, parlamentin sədri olan Yaqub Məmmədov yeni seçkilərə qədər prezidentlik vəzifəsinin və səlahiyyətlərinin icrasını öz üzərinə götürmüşdür. Məmmədov Azərbaycan prezidentinin vəzifələrini icra edərkən İranın vasitəçiliyi ilə sülh danışıqlarına başlamaq üçün Tehranda Levon Ter-Petrosyanla görüşmüşdür. Mayın 8-də Ter-Petrosyan və Məmmədov arasında Tehran Kommünikesi imzalandığı zaman erməni qüvvələri Şuşanı tutmuşdurlar. Məmmədov vermiş olduğu müsahibələr zamanı hər zaman Şuşanın itirilməsinə görə məsuliyyət daşıdığını inkar etmişdir.

May ayının 14-də keçmiş prezident Mütəllibov parlamentin onu Xocalı qətliamına görə məsuliyyətdən azad etməsindən sonra hakimiyyətə geri qayıtmış, lakin may ayının 15-də Azərbaycan Xalq Cəbhəsinin başçılıq etdiyi silahlı üsyan nəticəsində yenidən devrilmişdir. Yaqub Məmmədov 18 may 1992-ci ildə parlamentin sədri vəzifəsindən də istefa vermiş və onun yerinə bu vəzifəyə İsa Qəmbər təyin edilmişdir.

Elmi fəaliyyəti

Yaqub Məmmədov 370-dən artıq elmi əsərin müəllifidir. Onlardan 205-i xaricdə çap olunub. Müəlliflik şəhadətnamələrinin və patentlərinin sayı 38-dir. Onun rəhbərliyi altında 24 elmlər namizədi və 8 elmlər doktoru elmi iş müdafiə etmişlər.

Elmi-tədqiqat işləri əsasən praktik limfologiyanın fundamental problemlərindən birinə – limfa mayesinin laxtalanması və onların müxtəlif xəstəliklər zamanı korreksiyası məsələlərinə həsr olunmuşdur. Aparılan elmi-tədqiqatlar nəticəsində, nəzəri və praktik təbabət üçün böyük əhəmiyyəti olan laxtalanma, əks-laxtalanma və fibrinoliz sistemlərinin humoral-nəqlolunmanın (qan, toxumaarası, maye, limfa) bütün şöbələrində funksiyada vəhdədliyi haqqında yeni elmi konsepsiya irəli sürülmüşdür.

Bu istiqamətdə 4 doktorluq və 20-dən çox namizədlik dissertasiyası müdafiə olunmuş və Azərbaycanda ilk dəfə bütöv bir "Limfoloqlar" məktəbi yaranmışdır.

Belə ki, elmdə ilk dəfə olaraq müəyyən olunmuşdur ki, limfa mayesinin damar daxilində laxtalanması, onun ən mühüm funksiyasının, drenaj funksiyasının pozulmasına səbəb olur. Bu da bir sıra ağır xəstəliklərin – venoz trombozun, postreanimasion xəstəliyin, miokard infarktının, peritonitin, pnevmoniyanın və s. patogenetik strukturuna daxildir və onların həm gedişinə, həm də nəticəsinə mənfi təsir göstərir. Bunları nəzərə alaraq limfatrop təsir xüsusiyyətinə malik, həm Azərbaycanın təbii bitki və mineral ehtiyatlarından hazırlanmış bioloji fəal maddələrdən, həm də məlum dərman preparatlarından hazırlanmış müxtəlif qarışıqlardan ibarət müalicə vasitələri təklif olunmuşdur.

Hazırda klinik şəraitdə limfoloji müalicə üsulları tətbiq edilərkən bir qayda olaraq qan və limfa mayeləri arasındakı bu cür münasibət, o cümlədən limfanın laxtalanma qabiliyəti mütləq nəzərə alınır.

Onun təşəbbüsü ilə keçmiş SSRİ-də ilk dəfə limfatrop dərman preparatlarının hazırlanması və limfa sisteminin ümumi patologiyada rolunun öyrənilməsi ilə məşğul olan "Eksperimental limfologiya" PETL-i yaradılmış və burada Azərbaycanın təbii bitki və mineral ehtiyatlarından alınmış limfotrop təsir xüsusiyyətinə malik 40-a qədər bioloji fəal maddə aşkar edilmişdir. Bunlardan 2-si nikomorfolin və qlisiram klinikalarda müxtəlif xəstəliklərin müalicəsində müvəffəqiyyətlə istifadə edilir.

Əsas elmi əsərləri

  • Практическая лимфология. Из-во "Маариф", Баку, 1982, 302 с.
  • Свёртываемость крови и лимфы, её коррекция при тромбозе. Азернешр, Баку, 1985, 231 с.
  • Основы лечебной лимфологии. Москва. "Медицина", 1986 (III и IY главы)Инфаркт миокарда (Лимфатическая система сердца, патофизиология и патофизиологические основы лечения). Москва. "Медицина", 1989, 222 с.
  • Correction of Cloting and Fibrinolitik Dizorders of Blood and Limph. Sov. Med. Rev. G. HHaemology. London. 1990. part 4, vol.3, pp. 1–22.

Təltif və mükafatları

  • "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı — 1981
  • "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 4 fevral 1991
  • "Qırmızı əmək bayrağı" ordeni — 1982
  • "Xalqlar Dostluğu" ordeni — 1987
  • Vavilov adına mükafat — 1990
  • ABŞ Bioqrafiya Mərkəzinin medalı — 2003
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 30, 2026

    Masturbasiya

  • Aprel 04, 2026

    Osmanlı dili

  • Aprel 02, 2026

    Əsl gürzələr

  • Aprel 07, 2026

    İstiqlal Marşı

  • Aprel 06, 2026

    Eldar İsgəndərzadə

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst