Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Axtarış sistemi – Veb-də informasiyanı açar sözlərə, mövzulara və s. görə axtarmağa imkan verən proqram (məsələn, Bing, DuckDuckGo, Google, Rambler, Yahoo!, Yan

Axtarış sistemi

  • Ana Səhifə
  • Axtarış sistemi

Axtarış sistemi – Veb-də informasiyanı açar sözlərə, mövzulara və s. görə axtarmağa imkan verən proqram (məsələn, Bing, DuckDuckGo, Google, Rambler, Yahoo!, Yandex). Axtarış sistemləri avtomatlaşdırılmış indekslərdir və hər axtarış sisteminin öz verilənlər bazası var. Buna görə də eyni açar sözlərə görə müxtəlif axtarış sistemlərində axtarış etdikdə fərqli nəticələr alınır. Bəzən axtarış nəticələrində mətləbə dəxli olmayan informasiyalar çıxır, çünki elə bir veb-alət yoxdur ki, bütün Veb’i indeksləsin (nizamlasın). Axtarış sistemləri üç əsas hissədən ibarət olur:

Brave dilində nəticə səhifəsi olan axtarış sisteminə nümunə. Azərbaycan dilində istifadəçi axtarış sorğusu.
Standard Web crawler-ın yüksəksəviyyəli arxitekturası
  • Axtarış sistemi proqramının özü əsas komponentdir. Bu proqram öz verilənlər bazasında saxlanılan milyonlarla yazının içərisində axtarış aparır.
  • İkinci hissə hörümçək (SPİDER), yaxud soxulcandır (CRAWLER). Axtarış sistemi robotu olan hörümçək İnternetdə açar sözlərə görə axtarış aparır. O, tapdığı səhifələri axtarış sisteminə verir. Onun hörümçək adlandırılmasına səbəb, Veb’də aramsız sürünməsi, veb-saytaları yoxlaması və istinadları tapması ilə bağlıdır. Hörümçək dəyişiklikləri nəzərə almaq üçün, demək olar ki, hər ay qabaqlar baxmış olduğu veb-saytlara yenidən dönə bilər.
  • Axtarış sisteminin üçüncü hissəsi indeks, yaxud indeksləyicidir. Hörümçək veb-səhifəni tapan kimi onu indeksə təqdim edir. Veb-səhifə indekslənibsə, o, bu axtarış sisteminin hər bir istifadəsi zamanı "göz qabağında" olacaq.

Həmçinin bax

  • Ecosia

Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 756 s.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 03, 2026

    Əhməd Mahmudov

  • Aprel 27, 2026

    Abunəçi teleqrafı

  • Mart 27, 2026

    Alqoritm

  • Aprel 12, 2026

    Kazirun şəhristanı

  • Aprel 22, 2026

    Aşıq Şəmşir

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst