Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İnşaatçılar — Bakı metrosunun ikinci yolunda, "Elmlər Akademiyası" və "20 Yanvar" stansiyaları arasında yerləşən stansiyası. Stansiyaya daxil olan qatarlarda "D

İnşaatçılar metrostansiyası

  • Ana Səhifə
  • İnşaatçılar metrostansiyası

İnşaatçılar — Bakı metrosunun ikinci yolunda, "Elmlər Akademiyası" və "20 Yanvar" stansiyaları arasında yerləşən stansiyası. Stansiyaya daxil olan qatarlarda "Dağlar qızı Reyhan" musiqisindən fraqment səslənir.

İnşaatçılar

2-ci xətt
Bakı metrosu
İnşaatçılar metrostansiyasının içi
İnşaatçılar metrostansiyasının içi
Xəritə
40°23′20″ şm. e. 49°48′09″ ş. u.HGYO
Rayon Yasamal
Açılış tarixi 31 dekabr 1985
İnşaat tipi dayaz özüllü, iki cərgəli sütunlu
Platformaların sayı 1
Platformanın tipi ada
Platformanın forması düz
Platformanın uzunluğu 100 m
Çıxdığı küçələr Abbas Mirzə Şərifzadə küçəsi
Nəqliyyat Bus transport 9, 14, 17, 18, 39, 77, 96, 165, 205 nömrəli avtobuslar
İş rejimi 06:00—00:00
Qonşu stansiyalar 20 Yanvar, Elmlər Akademiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
[
  • b
  • m
  • r
]
Yaşıl xətt
Legend
Dərnəgül
Dərnəgül deposu
Azadlıq prospekti
Nəsimi
Memar Əcəmi
20 Yanvar
İnşaatçılar
Elmlər Akademiyası
Nizami Gəncəvi
Cəfər Cabbarlı
Şah İsmayıl Xətai
Ağ Şəhər
Y-15
Y-16
Həzi Aslanov-2

Mündəricat

Tikintisi

Tunelin tikintisi zamanı, "Elmlər Akademiyası" — "İnşaatçılar" stansiyaları arasında gözlənilməz və inanılmaz gücdə su axını başlamışdır. Bu, Bakı metrosunda, tikinti zamanı baş vermiş ən böyük və yeganə hadisə idi. Tikinti işləri, qəza ərazisində su axınının maye azotla dondurulması üsulu ilə davam etdirilmişdir. Stansiyanın adı bu tikintidə iştirak etmiş metro işçilərinin şücaəti şərəfinə olaraq, "İnşaatçılar" adlandırılmışdır. Stansiyaya daxil olan qatarlarda "Dağlar qızı Reyhan" mahnısından fraqment səslənir.

Təmiri

2015-ci ildə stansiyanın hər iki keçidi əsaslı və yeni dizaynda təmir edilmişdir.

18 yanvar 2016-cı ildə stansiyanın 2-ci vestibülü ("20 yanvar" stansiyası tərəf) müvəqqəti bağlanmışdır. Bu vestibüldəki quraşdırılmış 3 ədəd eskalator istismar müddətini başa vurduğundan dəyişdirlir.

Yeni eskalator. 2016

2016-cı il iyunun 1-i saat 06:00-dan etibarən metronun "İnşaatçılar" stansiyasının təmirə bağlanmış ikinci vestibülü yenidən sərnişinlərin istifadəsinə verilmişdir. 30 il əvvəl quraşdırılmış "ET-5" tipli üç eskalotorun əvəzində Almaniyanın "Thyssen Krupp" şirkətinin "Tugela FT 945" tipli iki eskalatoru quraşdırılıb. Stansiya platformasına enən sərnişinlər isə yeni inşa olunmuş daş pilləkəndən istifadə edəcəklər. Eskalatorlar 0,65 m/saniyə sürətlə hərəkət etməklə, ən müasir idarəetmə sistemləri ilə təchiz olunublar.

Xüsusiyyətləri

  • Stansiya 31 dekabr 1985-ci ildə istismara verilmişdir.
  • "İnşaatçılar" stansiyası — 4 stansiyadan ibarət 9 kilometrlik "Elmlər Akademiyası"-"Memar Əcəmi" xəttində, ortadan birinci yerdə yerləşir (informasiyanı dəqiqləşdirməyə ehtiyac var!)
  • Stasiyanın şəhərə çıxışı A. M. Şərifzadə küçəsinə çıxır.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 21, 2026

    Orxon əlifbası

  • Aprel 25, 2026

    İstehsal vasitələri

  • Mart 26, 2026

    Xocalı soyqırımı

  • Mart 26, 2026

    Baltikyanı ölkələr

  • Aprel 03, 2026

    Aranlı (Biləsuvar)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst