Fuad Vahid oğlu Nəcəfli (1975, Kolanı, Şahbuz rayonu) — Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi (2022–2025).
| Fuad Nəcəfli | |
|---|---|
| |
| 22 dekabr 2022 – 12 noyabr 2025 | |
| Əvvəlki | vəzifə təsis edilib |
| Sonrakı | Ceyhun Cəlilov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1975 (50–51 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
Həyatı
Fuad Vahid oğlu Nəcəfli 1975-ci ildə Naxçıvan MSSR Şahbuz rayonunda anadan olub. Bakı Dövlət Universitetini Beynəlxalq münasibətlər ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 2000-ci ildə Bakı şəhərində 1 saylı yeri İqtisad Məhkəməsində başlayıb. Beynəlxalq Sığorta Şirkətində, "Star Alyans" sığorta şirkətində, "Texnikabank"da, "Paşa Holdinq" MMC-də və digər qurumlarda müxtəlif vəzifələrdə işləyib.
2019-cu ildən "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin Müşahidə Şurasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2022-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilmişdir. 12 noyabr 2025-ci ildə bu vəzifədən azad edilmişdir.
