Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aksum krallığı və ya Aksum padşahlığı — Efiopiyanın şimalında qədim dövlət. İndiki Sudan ərazisi də Aksum krallığına aid olmuşdur. Adı Aksum şəhərindən götürülm

Aksum çarlığı

  • Ana Səhifə
  • Aksum çarlığı

Aksum krallığı və ya Aksum padşahlığı — Efiopiyanın şimalında qədim dövlət. İndiki Sudan ərazisi də Aksum krallığına aid olmuşdur. Adı Aksum şəhərindən götürülmüşdür. Aksum krallığı haqqında ilk məlumat II əsrə aiddir. Əsasən II-XI əsrlərdə aid olmuşdur. Hindistandan və Şərqi Afrikadan Aralıq dənizinə gedən ticarət yollarının Aksum krallığından keçməsi onun iqtisadi inkişafına yardım etmişdir.

geez መንግስቲ ኣኽሱም
Aksum krallığı
Dini kopt xaçpərəstliyi (IV əsrin ortalarından sonra rəsmi din)
Aksum bütpərəstliyi (IV əsrin ortalarına qədər rəsmi din)
islam (615-ci ildən sonra meydana gəlmişdir)
iudaizm
Paytaxt Aksum
İdarəetmə forması monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Aksum krallığı e.ə. I minillikdə Cənubi Ərəbistanda mövcud olmuş Sami mənşəli Sah krallığınin yerində qurulmuşdur. III əsrin axırlarında Aksum krallığı çox güclənmiş və III-VI əsrlərdə Afrikanın şimal-şərqindəki ən böyük ticarət mərkəzi olmuşdur. İsgəndəriyyədən Nil sahillərinə qədər olan ərazidə bütün ticarət bu krallığın nəzarəti altında gerçəkləşmişdir. Bir dövlət olaraq Aksumun ticarət sahəsindəki bu inkişafı II-III əsrlərdə Mero krallığının zəiflətmiş və bu krallıq IV əsrdə Aksum tərəfindən işğal olunmuşdur. Kral Ezanın dövründə (IV əsrin əvvəlləri) Aksum krallığı Nubiyanı da işğal etmişdi.

Bir qrup alimlər Aksum krallığını quldar, digərləri isə feodal dövlət hesab edirlər. Aksum mədəniyyəti Cənubi Ərəbistan mədəniyyəti ilə sıx əlaqədə olmuşdur. IV əsrdə Aksum krallığında xristianlıq yayılmağa başlamışdır. Bunun sayəsində krallıq Bizans hakimiyyəti altında olan xaçpərəst Misirlə həm siyasi, həm də dini baxımdan yaxın əlaqələr qurmuşdur. Təxminən bu dövrdə Aksu krallığı öz ərazisini Cənubi Ərəbistana qədər genişlətmişdir və IV-VI əsrlərdə Cənubi Ərəbistanda ağalıq uğrunda Himyəri dövləti ilə gərgin mübarizə aparmışdır. Bu mübarizə nəticəsində VI əsrdə Yəmən də Aksu krallığına tabe olmuşdur.

IV əsrədək Aksum kralları səba yazısı və dilindən, III-IV əsrlərdə həmçinin yunan, sonralar isə qədim efiop dilindən istifadə etmişlər. İranın Cənubi Ərəbistanı işğal etməsi (VI əsrin sonu) xüsusilə Aksum krallığını Aralıq dənizindən ayıran Ərəb xilafətinin əmələ gəlməsi Aksum krallığının tənəzzülünə səbəb oldu.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 05, 2026

    Dəniz Mall

  • Mart 27, 2026

    Türkdilli xalqlar

  • Aprel 05, 2026

    Benqal təqvimi

  • Aprel 23, 2026

    Ahaltəkə atı

  • Mart 28, 2026

    Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst