Ağdaş — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsində kənd.
| Ağdaş | |
|---|---|
| 39°05′05″ şm. e. 48°30′04″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Cəlilabad rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi | 2403 (2009) nəfər |
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ 1511 |
![]() Ağdaş | |
Tarixi
Oykonim "ağ" və "daş" topokomponentlərindəndir. Kəndin ilkin sakinləri XVII əsrdə indiki Ağdaş rayonundan köçüb gəlmədir.
Toponimikası
Göytəpə çayının sol sahilində, Lənkəran ovalığındadır. Keçmişdə Üçüncü Dərviş adlanırdı. Bu da onunla bağlıdır ki, kənd XIX əsrin ortalarında ərazidə maldarlıqla məşğul olan dərvişbəyli tayfasının üçüncü qoluna mənsub ailələr tərəfindən məskunlaşmışdır. Oykonim kəndin ərazisindəki Ağdaş adlı qayanın adından götürülmüşdür.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2403 nəfər əhali yaşayır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
