Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycan dastanları (az.-əski. آذربایجان داستان‌لاری‎) — Azərbaycan şifahi xalq ədəbiyyatının tərkib hissəsi.

Azərbaycan dastanları

  • Ana Səhifə
  • Azərbaycan dastanları

Azərbaycan dastanları (az.-əski. آذربایجان داستان‌لاری‎) — Azərbaycan şifahi xalq ədəbiyyatının tərkib hissəsi.

"Kitabi Dədə Qorqud" dastanının mənşəyi Mərkəzi Asiya olsa da, oğuzların sıx məskunlaşdığı Azərbaycan ərazisində formalaşıb. Buradakı hekayə və mahnılar XIII əsrin başlanğıcından gec olmamaqla formalaşmış, XV əsrdən gec olmamaqla yazıya alınmış olmalı idi. Dastanın günümüzə azərbaycan dilindəki Drezden əlyazması və XVI əsr türkcəsinə yaxın Vatikan əlyazması gəlib çatıb. Dastan oğuzların işğal edilmiş Qafqaz torpaqlarında "kafirlərlə" mübarizəsində bəhs edir. Oğuz xanla bağlı "Tarix-i Oğuz" dastanının isə Nizami Gəncəvinin "İsgəndərnamə"si ilə bənzər süjet xətlərinə malik olması bu dastanın da Azərbaycanda yaradılmasını sübut edir. Həm "Kitabi-Dədə Qorqud", həm də "Oğuznamə" dastanı müxtəlif Azərbaycan miflərinin mənşəyidir.

Səfəvi dövründə Azərbaycan xalq dastanları — "Şah İsmayıl", "Əsli və Kərəm", "Aşıq Qərib", "Koroğlu" dastanları yaradılmışdır. Yerli dialektlər və klassik dil arasında körpü rolunu oynayan bu dastanlar zamanla Osmanlı, özbək və fars ədəbiyyatlarına nüfuz edir, hətta azərbaycan xalqı ilə əlaqələr nəticəsində "Aşıq Qərib" dastanı erməni və gürcülərə keçir. Bu lirik və epik romansların türk ədəbiyyatının Osmanlı və Çağatay qolları ilə müqayisədə Azərbaycan ədəbiyyatının xarakterik bir xüsusiyyəti hesab edilə bilər. XVIII əsr ədəbiyyatının ən önəmli ədəbi abidəsi anonim müəllifin "Şəhriyar və Sənubər" xalq dastanı əsasında yazdığı "Şəhriyar" dastanıdır. Digər məşhur Azərbaycan dastanları "Abbas və Gülgəz", "Abdulla və Cahan", "Şikari", Firdovsinin "Şahnamə"sinə əsaslanan "Rüstəm və Söhrab"dır.

Mündəricat

Siyahı

  • Abbas və Gülgəz
  • Abbas-Dahadürüs
  • Abdulla və Cahan
  • Adıgözəl
  • Ayğır Həsən
  • Alıxan-Pəri
  • Aslan-İbrahim (Zülal şah)
  • Aşıq Alının Türkiyə səfəri
  • Aşıq Qərib
  • Aşıq Hüseyn Bozalqanlının Tiflis səfəri
  • Aşıq Saleh
  • Becan oğlu Məhəmməd
  • Bəhram şah
  • Bikəs
  • Valeh-Zərniyar
  • Valeh-Taleh
  • Vanlı Kuçek
  • Bilici Əmirxan
  • Qandal Nağı
  • Qara Məlik
  • Qasım
  • Qasım bəy
  • Qaçaq Kərəm
  • Qaçaq Tanrıverdi
  • Qul Mahmud
  • Mahmud-Nigar
  • Quluxan
  • Qurbani-Pəri
  • Qurbani-Gülsənəm
  • Dilaram xanım
  • Dilsuz-Xəzəngül
  • Dilqəm
  • Əli Rafi
  • Əmrah
  • Əsli və Kərəm
  • Əsmər Diləfrüz
  • Yetim Aydın
  • Yetim Hüseyn
  • Yetim Seydi
  • Kamal
  • Kamandar Məmməd
  • Keşişoğlu
  • Kürdoğlu Alı
  • Kürdoğlu-Sənubər
  • Kəlbi
  • Kərkərli Məmməd
  • Gül-Sənubər
  • Gürcü qızı
  • Leyli-Məcnun
  • Lətif şah
  • Maral
  • Mars-Ulduz
  • Mahmud Səadət
  • Mahmud Əsmər
  • Məsim-Diləfrüz
  • Məhəmməd bəzirgan
  • Məhəmməd-Güləndam
  • Məhəmməd-Səlminaz
  • Muğum şah
  • Nakam Məhəmməd
  • Nəcəf-Pərzad
  • Nizami-Afaq
  • Novruz
  • Ordubadlı Kərim
  • Pəri xanım Gürcüstani
  • Rövşən-Gülşən
  • Saili
  • Saleh
  • Səlim şah
  • Sam Şahzadəsi
  • Səyyad-Sədət
  • Seyid-Pəri
  • Seyfəlmülük
  • Tahir-Zöhrə
  • Teyhur
  • Təhmiraz
  • Fərhad-Şirin
  • Xəstə Qasım
  • Heydər bəy
  • Həsən-Ayna
  • Hicran-İnsan
  • Həsən-Səlvi
  • Həsən Tarlaçı
  • Cəlali Kürdoğlu
  • Şah Abbas-Zöhrə
  • Şah İsmayıl-Gülzar
  • Şah Səməd-Şəmsi
  • Şair Kazım
  • Şəmkirli Hüseyn-Reyhan xanım
  • Şahzadə Bəhrəm
  • Şahzadə Əbülfəz
  • Şahzadə İbrahim
  • Şəhri-Mehri

Həmçinin bax

  • Azərbaycan ədəbiyyatı
  • Dastan
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 20, 2026

    Qarabağ düzü

  • Aprel 10, 2026

    Məndə sığar iki cahan, mən bu cahanə sığmazam

  • Mart 30, 2026

    Hacı Ramil

  • Aprel 02, 2026

    Elşən Həsənli

  • Mart 28, 2026

    Cücələrim (mahnı)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst