Xəzər pələngi — (lat. Panthera tigris tigris, əvvəllər lat. P.t.virgata) — Nəsli kəsilmiş pələng yarımnövü. Həmçinin Turan pələngi, Mazandaran pələngi, Hirkan pələngi kimi adları da mövcud olmuşdur. Xəzər pələngi iri ölçülü pişik idi. Erkəklər 270–295 sm uzunluğa, 240 kq-dək çəkiyə, dişilər isə ortalama 250 sm uzunluğa və 135 kq-a qədər çəkiyə malik olurdurlar. Lakin, daha iri fərdlər də qeydə alınmışdır. Məsələn, 1899-cu ildə Göytəpədə ovlanan bir erkək fərdin dərisi quyruğu ilə birgə 360 sm olaraq ölçülmüşdür. Məşhur rus zooloqu Konstantin Satunin (1863-1915) bu nəhəng fərdi "ən az yerli at boyda" deyə təsvir edir.
| Xəzər pələngi | ||||||||
|---|---|---|---|---|---|---|---|---|
| ||||||||
| Elmi təsnifat | ||||||||
| Domen: Eukariotlar Klad: Amorphea Klad: Obazoa Klad: Opisthokonta Klad: Holozoa Klad: Filozoa Klad: Choanozoa Aləm: Heyvanlar Yarımaləm: Eumetazoylar Klad: ParaHoxozoa Klad: İkitərəflisimmetriyalılar Klad: Nephrozoa Tipüstü: Sonağızlılar Tip: Xordalılar Klad: Olfactores Yarımtip: Onurğalılar İnfratip: Ağızçənəlilər Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Sümüklü balıqlar Klad: Xoanlar Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Klad: Dördayaqlılar Klad: Reptiliomorpha Klad: Amniota Sinif: Məməlilər Klad: Theriimorpha Klad: Theriiformes Klad: Trechnotheria Klad: Cladotheria Klad: Prototribosphenida Klad: Zatheria Klad: Tribosphenida Yarımsinif: Vəhşi heyvanlar Klad: Euteriyalar İnfrasinif: Plasentalılar Maqndəstə: Boreoeutheria Dəstəüstü: Lavrazioterilər Klad: Scrotifera Qranddəstə: Ferungulata Mirdəstə: Ferae Klad: Pan-Carnivora Klad: Carnivoramorpha Klad: Yırtıcıkimilər Dəstə: Yırtıcılar Yarımdəstə: Pişikkimilər Fəsilə: Pişiklər Yarımfəsilə: Böyük pişiklər Cins: Panter Növ: Pələng ???: Xəzər pələngi | ||||||||
| Beynəlxalq elmi adı | ||||||||
| ||||||||
| ||||||||
Rəngi tünd olub üzərində çoxsaylı, yaxın yerləşən və ensiz zolaqları var. Zolaqlar əsasən qəhvəyi rəngə çalır. Quyruğunda 10 ədəd halqa mövcuddur ki, bunlardan ilk 3-ü quyruq altında birləşmir. Pələnglər üzərində elmi araşdırmalar aparan Pocock 1929-cu ildə öz əsərində qeyd edir ki, Turan pələnglərində kürk və zolaq rəngi olduqca dəyişkəndir. Bəzi fərdlər tünd, digərləri isə açıq zolaqlara malik olub.
Əvvəllər Azərbaycanın qərbinə və cənubuna, şimalda İrtışa, şərqdə isə Əfqanıstana qədər, eləcə də bütün Xəzər hövzəsində yayılmışdı. 40-cı illərdə areal Transqafqaza qədər, Aral dənizi, Əfqanıstan və Balxaş gölünə qədər kiçildi. 30-cu illərdə Turan pələngini Azərbaycanda Talış dağlarında, Cənubi Türkmənistanda görmüşdülər. İranda o ən çox Mazandaranda, Gilan-Gürganda yaşayıb. Əsasən çayların sahilindəki tuqay meşələrində məskunlaşırlar. Azərbaycanda, Türküstanda əsasən qaban, maral, sayqak, ceyran bəzən ev heyvanlarını ovlayırlar. Bəzən çəyirtkə, xırda məməlilərlə qidalanırlar.
Turan pələngi uzun müddət insanların təqibinə məruz qalmışdır. Belə ki, hələ Roma dövründə qladiator döyüşlərində istifadə olunmaq üçün başda Anadolu olmaqla bir çox yerdə Xəzər pələngləri ovlanmışdır. Bənzər şəkildə bu nəhəng pişikkimi ev heyvanlarına və bəzən insanlara hücum etdiyindən uzun müddət zərərverici hesab edilmişdir. Hətta 1927-ci ilədək Sovet respublikaları ərazisində öldürülən hər pələng üçün mükafat təklif olunurdu. 1950-ci ildə ümumi sayı 50–80 idi. Son fərdlərinin 1970-ci illərə kimi sağ çıxdığı düşünülür. Son fərdlərindən 1971-ci ildə Türkiyənin Şırnak bölgəsində, 1972-ci ildə Özbəkistanda ovlanmış fərdlər qeydə alınmışdır. Türkiyədə 80-ci illərdə az sayda fərdin qaldığı qeyd olunur. Sonrakı illərdə müxtəlif ölkələrdə görüldüyü ilə bağlı məlumatlar olsa da, bu məlumatlar öz təsdiqini tapmamışdır.
