Tacəddin İbrahim oğlu Mehdiyev (1945, Şamxor rayonu) — Azərbaycan hərbi xadimi, Azərbaycan Respublikasının müdafiə naziri (1991–1992), general-mayor (1991).
| Tacəddin Mehdiyev | |
|---|---|
| 11 dekabr 1991 – 17 fevral 1992 | |
| Əvvəlki | Valeh Bərşadlı |
| Sonrakı | Şahin Musayev |
| 27 noyabr 1991 – 11 dekabr 1991 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1945 (80–81 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Fəaliyyəti | hərbi qulluqçu |
| Rütbəsi | General-mayor |
| Təltifləri | |
Həyatı
Tacəddin İbrahim oğlu Mehdiyev 1945-ci ildə hazırkı Şəmkir rayonunda anadan olmuşdur. 1962-ci ildə orta məktəbi bitirdikdən sonra təhsilini Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində davam etdirmiş, buranı 1967-ci ildə başa vurmuşdur. 1983-cü ildə isə M.V.Frunze adına Hərbi Akademiyanın Komandanlıq fakültəsini bitirmişdir. 11 il Sibir Hərbi Dairəsində, 5 il isə Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olmuş, taqım komandirindən hərbi hissə komandirliyinə qədər yüksəlmişdir.
27 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının hərbi komissarı təyin edilmişdir.
Müdafiə naziri vəzifəsində
Tacəddin Mehdiyev 11 dekabr 1991-ci ildə müdafiə naziri təyin olunmuş və ona general-mayor ali hərbi rütbəsi verilmişdir.
Qarabağ münaqişəsi zamanı ingilis jurnalist Tomas de Vaalın Tacəddin Mehdiyevdən götürdüyü müsahibəsindən:
| Tacəddin Mehdiyev: Bizim bir dənə də olsun hərbi təchizatımız yoxdur... Təchizat üçün müxtəlif yerlərlə əlaqə yaratmaq da mümkünsüzdür... Mobil telefonu bu günlərdə əldə etmişik. Lakin heç kimlə əlaqə yarada bilmirik. Bütün danışıqlarımız düşmənlər tərəfindən nəzarət altındadır. Telefon xəttlərinin demək olar ki, hamısı zəbt olunmuş ərazilərdən keçir və bütün danışıqlar asanlıqla eşidilir. Nə kazarmamız, nə təlim məşq üçün xüsusi ərazi, nə də silahmız var... |
Hələ nazir postunda olarkən Tacəddin Mehdiyev özü şəxsən 1992-ci il 25 yanvar tarixində Daşaltı kəndini erməni işğalından azad etmək üçün baş tutmuş əməliyyata rəhbərlik etmişdir. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edirdi. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan taqımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, onların böyük əksəriyyəti hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirmişdir.
17 fevral 1992-ci ildə ermənilərin törətdiyi Qaradağlı soyqırımından sonra tutduğu vəzifədən azad edilmişdir.
Sonrakı illər
Tacəddin Mehdiyev Hərbçilərin Sosial Müdafiə Cəmiyyətinin sədri olmuşdur. 2005-ci ildə 99 saylı Şəmkir kənd seçki dairəsindən parlament seçkiləri zamanı namizədliyini irəli sürsə də, lakin deputat seçilməmişdir.
Həmçinin bax
- Daşaltı əməliyyatı