Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şəmşəddil mahalı — Gəncə xanlığının mahallarından biri. 1747-ci ildə yaranmışdır. Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında mahal adı.

Şəmşəddil mahalı

  • Ana Səhifə
  • Şəmşəddil mahalı

Şəmşəddil mahalı — Gəncə xanlığının mahallarından biri. 1747-ci ildə yaranmışdır. Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında mahal adı.

Mahal
Şəmşəddil mahalı
1747—1822
Ölkə
  •  Azərbaycan
Daxildir Gəncə xanlığı
Tarixi və coğrafiyası
Yaradılıb 1747
Gəncə xanlığının ərazisi (1801-1813)
Gəncə xanlığının ərazisi (1801-1813)

Mündəricat

Tarixi

1789-cu ilin əvvəllərində Fətəli xanın təklifi ilə Şamxorda (indiki Şəmkir) gürcü çarı II Irakli ilə görüş keçirilir. Quba xanlığı tərəfindən Gəncə və Şəki xanlarının da iştirak etdiyi bu görüşdə bir sıra mühüm siyasi və strateji məsələlər müzakirə olunur. Fətəli xan Iraklidən Şəmşəddil mahalının həmişəlik Gəncə xanlığına qatılmasına razılıq alır.

Toponimiyası

Erməni mənbələrində Şəmsəddin formasında 1587-ci ildən məlumdur. Qızılbaşların Zülqədər tayfasının qollarından (Hacılar, Koruqlu, Mosul, Xəzərli və Şəmsəddinlu) Şəmsəddinlu elinin adını əks etdirir. Bu el 1515-ci ildə indiki Şəmşədil r-nu ərazisində məskunlaşmışdır. 1593-cü ilə aid mənbədə “Nahiyeye arani nehri Hasan” (“Həsən adlı şəxsin aranı, yəni qışlağı”) və “Nəhri Qazax”da Şəmşədilu tayfasının yaşadığı qeyd olunmuşdur . Tovuz r-nunda Göycəli kəndinin əvvəlki adı Şəmşədil olmuşdur. Erkən orta əsrlərdə bu mahal Albaniyanın Parisos əyaləti olmuşdur. Musa Kalankatlının “Alban tarixin”də Parisos (Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında Pərisuz adı) çəkilir. XIX əsrə aid məlumata görə Şamxorçay Pərisuz şəhər xarabalığı içərisindən axır və sonra Paris çayının qolu ilə birləşir.

Həmçinin bax

  • Gəncə xanlığı
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • May 03, 2026

    Maqsud mirzə

  • May 01, 2026

    Coğrafi mövqe

  • Aprel 08, 2026

    Qreyam Torpağı

  • Aprel 28, 2026

    Ərəş sultanlığı

  • May 03, 2026

    Nərimanlı (Basarkeçər)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst