| Əlabbas İsgəndərov | |
|---|---|
| Əlabbas Qara oğlu İsgəndərov | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri |
|
| Vəfat tarixi | |
| Vəfat yeri |
|
| Dəfn yeri |
|
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | |
| Döyüşlər |
|
| Təltifləri | |
Əlabbas Qara oğlu İsgəndərov (20 noyabr 1958, Kürdlər, Ağdam rayonu – 4 mart 1992, Qazançı, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
20 noyabr 1958-ci il Ağdam rayonunun Kürdlər kəndində anadan olmuşdur. O, cavanlığında Kolanı obasında ad-san çıxarmış, əyilməzliyi ilə hamının hörmətini qazanmışdır. 18 yaşı tamam olduqda ordu sıralarına çağırılır, tərxis edildikdən sonra isə öz doğma obasına dönərək təsərrüfatla məşğul olur. 1991-ci ildə Ağdamda könüllülərdən ibarət batalyon yarananda ona ilk yazılanlardan biri də Əlabbas oldu.
Döyüşlərdə iştirakı
1992-ci ildə Umudlu kəndində mühasirəyə düşmüş 40 döyüşçümüz mühasirdən çıxa bilmirdi erməni yaraqlıları onları hər tərəfdən atəşə tuturdular, məhz Əlabbasın qəhrəmanlığı ilə onlar gizli yollarla hərbi hissəyə dönə bildilər. 4 mart 1992-ci il Qazançı kəndi uğrunda gedən döyüşlərdə o qəhrəmancasına həlak oldu.
Ailəsi
Evli idi, üç övladı yadigar qalıb.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 13 avqust 1992-ci il tarixli 135 saylı fərmanı ilə İsgəndərov Əlabbas Qara oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Ağdamın Şəhidlər xiyabanında dəfn edilmişdir.
Ədəbiyyat
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 140-141.
- 20 noyabrda doğulanlar
- 1958-ci ildə doğulanlar
- Ağdam rayonunda doğulanlar
- 33 yaşında vəfat edənlər
- 4 martda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- Ağdam rayonunda vəfat edənlər
- Ağdam Şəhidlər Xiyabanında dəfn olunanlar
- Azərbaycanın Milli Qəhrəmanları
- Əlifba sırasına görə hərbi xadimlər
- Birinci Qarabağ müharibəsi iştirakçıları
