Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qərb dünyası, Qərb sivilizasiyası və ya sadəcə Qərb — dünyanın digər mədəniyyətlərinə nisbətən Avropa və Şimali Amerika, həmçinin də Avstraliya ilə Yeni Zelandi

Qərb dünyası

Vikipediya, azad ensiklopediya
Huntingtona görə mədəniyyətlər. Tünd göy rəng qərb dünyasını göstərir.
Avropa İttifaqı (tünd mavi) və namizəd ölkələr

Qərb dünyası, Qərb sivilizasiyası və ya sadəcə Qərb — dünyanın digər mədəniyyətlərinə nisbətən Avropa və Şimali Amerika, həmçinin də Avstraliya ilə Yeni Zelandiyanı göstərmək üçün istifadə olunan siyasi konsepsiya. Soyuq müharibə dövründə Qərb termini, Avropa və Şimali Amerikadakı kommunist olmayan ölkələri göstərmək üçün Qərb bloku olaraq istifadə edilmişdir.

Tərifləri

Soyuq müharibə dövründə kommunist olmayan ölkələrdə kommunist ölkələrə nisbətən daha çox hüquq və azadlığın olduğu iddiası ilə yaradılan Azad dünya konsepsiyası zamanla xüsusi ilə, Qərb ölkələri tərəfindən Qərb dünyası mənasında istifadə olunur. Bununla birlikdə, azad dünya tərifi ümumiyyətlə Yaponiya kimi Avropalı olmayan, ancaq müttəfiq demokratik ölkələri də əhatə edirdi, lakin demokratik olmayan, lakin soyuq müharibə dövründə Qərblə müttəfiq olan, xüsusilə Cənubi Amerika, Asiya və Afrikadakı ölkələri əhatə etmirdi.

Tarixçə

Bir çox tarixçilərə görə, Qərb sivilizasiyasının kökü Qədim YunanRoma mədəniyyətlərinə əsaslanır. Avropalıların Yeni dünyaya gəlişi ilə Avropa sivilizasiyası ABŞ və Kanada mədəniyyətlərinin də əsasını təşkil etdi.

Din

Bu gün Qərb dünyasının əksəriyyəti xristian dininə və bu dindən gələn mədəniyyətə mənsubdur.

Həmçinin bax

  • Şərq dünyası

Ədəbiyyat siyahısı

Əlavə ədəbiyyat siyahısı

Üst