Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Vaşinqton bayrağı (ing. Flag of Washington) — tünd yaşıl fonda ştat gerbi həkk olunmuş Vaşinqton ştatının bayrağı. Üzərində ABŞ prezidentinin şəkli olan və tam

Vaşinqton bayrağı

Vikipediya, azad ensiklopediya
Vaşinqton ştatının bayrağı
Təfərrüatlar
Proporsiya 1:1.6
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vaşinqton bayrağı (ing. Flag of Washington) — tünd yaşıl fonda ştat gerbi həkk olunmuş Vaşinqton ştatının bayrağı. Üzərində ABŞ prezidentinin şəkli olan və tam yaşıl fona malik yeganə ABŞ ştat bayrağıdır.

Bayrağın təsviri

Bayrağın eninin uzunluğuna nisbəti 1:1.6-dır. Mərkəzində ştatın gerbi həkk olunmuş tünd yaşıl düzbucaqlı zolaqdan ibarətdir. Tünd yaşıl zolaq ştatın təxəllüsü olan "Həmişəyaşıl ştat" sözünü tərənnüm edir. Mərkəzdə isə ABŞ-nin ilk prezidenti olan Corc Vaşinqtonun portreti, onu ətrafında isə qızılı halqa vardır. Halqanın üzərində "Vaşinqton ştatının gerbi 1889" sözləri yazılmışdır.

Vaşinqton ştatının qanunlarının 434–04-cü maddəsində Vaşinqton bayrağının təsviri:

  • Hər bir bayrağın rəsmi tanınma gerbi olmalıdır, bayrağın hər iki üzünə və hər iki üzündə də mərkəzdə yerləşdirilməlidir. Gerbin ətrafı nahamar ola bilər;
  • Gerbin ölçüsü bayrağın proposiyasından asılı olaraq istifadə olunmalıdır :
Bayrağın ölçüsu
Fut
Gerbin diametri
Dyüm
3×5 19
4×6 25
5×8 31

Digər bütün hallarda gerbin diametrinin ölçüsü bayrağın ölçüsü ilə 1:3-ə nisbətində və bayrağın uzunluğunun eninə ölçüsü isə 1:1.6 nisbətində olmalıdır;

  • Tekstil üçün rəng kodları Amerika Standart Rənglər İstinadında aşağıdakı kimidir :
Bayrağın rəngiKabel rəngi
(Tekstil)
Panton rəngi
Bayrağın fonuIrish Green 80210PMS DS-268–1
Ştat gerbinin fonuOriental Blue 80176PMS DS-226–3
Ştat gerbiBlackPMS Process Black
Ştat gerbinin qızılıSpanish Yellow 80068PMS DS-5–4
Saçağın qızılı
(varsa)
Spanish Yellow 80068PMS DS-5–4
Corc Vaşinqtonun simasıEggshell 80004PMS DS-5–9
  • Bütün tekstil rəngləri solmaz yuyulan boyalar olmalıdır;

Bayrağın istehsalı

Vaşinqton bayrağını istehsal etmək istəyən hər bir şəxs onun iki nüsxəsini Vaşinqton Dövlət Katibliyinə göndərməlidir. Əgər qəbul olunarsa bayrağın bir nüsxəsi "qəbul olundu" yazısı ilə işarələnərək həmin şəxsə göndərilir, digər nüsxə isə arxivdə saxlanılır.

Ştat qanununda göstərilir (RCW 1.20.010) : "Vaşinqton ştatının rəsmi bayrağı tünd yaşıl ipək və ya bayraq üçün parçadan olmalı və mərkəzində Vaşinqton ştatının gerbi işlənilməli, çap edilməli, boyanmalı və ya möhürlənməlidir. Bayrağın kənarı saçaqlı və ya saçaqsız ola bilər. Əgər saçaq istifadə olunursa, saçağın rəngi gerbdə istifadə olunan qızılı və ya sarı rənglə eyni olmalıdır. Bayrağın ölçüsü müxtəlif ola bilər."

Həmçinin bax

  • Vaşinqton gerbi
  • Vaşinqton ştatının simvollarının siyahısı
Üst