| Oqtay Kərimov | |
|---|---|
Vəzifədədir | |
| 16 dekabr 2022-ci ildən | |
| Nazir | Vilayət Eyvazov |
| Əvvəlki | Oruc Zalov |
| 2016 – 16 dekabr 2022 | |
| Əvvəlki | Cavanşir Məmmədov |
| Sonrakı | Sərdar Səfərov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 6 iyun 1967 (58 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Rütbəsi | Polis general-leytenantı |
| | |
| Təltifləri | |
Oqtay Əsgər oğlu Kərimov (6 iyun 1967, Bakı) — Azərbaycan Respublikası daxili işlər nazirinin müavini (2022-ci ildən), polis general-leytenantı (2023).
Həyatı
Oqtay Əsgər oğlu Kərimov 6 iyun 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Simferopol Ali Hərbi-Siyasi İnşaat Məktəbini, 1997-ci ildə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir.
Oqtay Kərimov 1988–1990-cı illərdə SSRİ Silahlı Qüvvələrində bölük komandirinin müavini, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyindəki nizami polis hissəsində bölük komandirinin müavini və bölük komandiri olmuşdur. 1992-ci ildən 2015-ci ilədək DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsində inspektor, baş inspektor, şöbə rəisi, Baş idarə rəisinin müavini, 2015–2016-cı illərdə DİN-in Daxili Qoşunlarında Qərargah rəisinin birinci müavini, 2016–2022-ci illərdə isə Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifələrində xidmət etmişdir. 16 dekabr 2022-ci ildə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
Oqtay Kərimova 29 iyun 2017-ci ildə polis general-mayoru, 25 iyun 2023-cü ildə polis general-leytenantı isə ali xüsusi rütbələri verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 30 iyun 2004-cü ildə "İgidliyə görə" medalı, 1 iyul 2015-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 29 iyun 2018-ci ildə "Vətən uğrunda" medalı, 2 iyul 2021-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Ailəlidir, üç övladı var.
- 6 iyunda doğulanlar
- 1967-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Simferopol Ali Hərbi-Siyasi İnşaat Məktəbinin məzunları
- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının məzunları
- Azərbaycan polis general-leytenantları
- 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlər
- 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlər
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "İgidliyə görə" medalı ilə təltif edilənlər
- "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edilənlər
- "Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993–2018)" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Polisinin 95 illiyi (1918–2013)" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Polisinin 100 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı ilə təltif edilənlər
- "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı ilə təltif edilənlər
- "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisləri
- Azərbaycanlı generallar
- Azərbaycan generalları
- Azərbaycan Respublikasının daxili işlər nazirlərinin müavinləri