| Rza Bədəlov | |
|---|---|
| |
| 1968 – 1976 | |
| Əvvəlki | Ənvər Qasımzadə |
| Sonrakı | Mirzə Ağa Bağırov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 25 sentyabr 1915 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 1987 (71–72 yaşında) |
| Vəfat yeri |
|
| Təhsili |
|
| Fəaliyyəti | mühəndis-mexanik |
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi | texnika elmləri doktoru |
| Təltifləri | |
Rza Bədəlov (25 sentyabr 1915, Bakı – 1987, Bakı) — texnika elmləri doktoru (1965), professor, AMEA-nın müxbir üzvü (1968).
Həyatı
Rza Bədəlov Bakı şəhərində 25 sentyabr 1915-ci ildə anadan olub. Ali təhsilini 1941-ci ildə Azərbaycan Dövlət Neft və Sənayə Universitetində alıb. Universitetin Neft-mexanika fakültəsində Mühəndis-mexanik ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyəti
Rza Bədəlov 1941–1944-cü illərdə "Əzizbəyovneft" trestinin Mexaniki təmir zavodunda mühəndis-konstruktordan sex rəisinə qədər müxtəlif vəzifələrdə işləyib. 1944–1947-ci illərdə AzSİ-nun aspirantı olub. 1947–1968-ci illərdə AzNKİ-də baş müəllim, dosent, professor, dekan müavini, Neft-mexanika fakültəsinin dekanı, Nəzəri mexanika kafedrasının müdiri vəzifələrini icra edib.
Rza Bədəlov 1968-1976-cı illərdə Azərbaycan Politexnik İnstitutunun rektoru və Nəzəri mexanika kafedrasının müdiri olub. Habelə 1976–1987-ci illərdə AzNKİ-nun Neft-mədən mexanikası və Maşın və mexanizmləri kafedrasının müdiri vəzifələrini icra edib.
Elmi fəaliyyəti
Rza Bədəlov dağ süxurlarının dağıdılmasının mexanikası sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: mədən-maşın mexanizmlərinin nəzəriyyə və praktikasının tədqiqi; süxurdağıdıcı alətin işçi elementlərinin formasının, optimal parametrlərinin, yerləşdirilməsinin müəyyənləşdirilməsi.
Rza Bədəlov 1953-cü ildə namizədlik, 1965-ci ildə isə "Üçşaroşkalı baltaların işinin səmərəliliyinin tədqiqi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 1968-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilib. Rza Bədəlov 100-dən artıq elmi məqalənin və bir sıra monoqrafiyaların müəllifdir.
Mükafatları
Rza Bədəlov "Qırmızı Əmək Bayrağı" ordeni və "Rəşadətli əməyə görə" medalı ilə təltif olunub.
Ölümü
Rza Bədəlov 1987-ci ildə Bakıda vəfat edib.
- 25 sentyabrda doğulanlar
- 1915-ci ildə doğulanlar
- Bakıda doğulanlar
- 1987-ci ildə vəfat edənlər
- Bakıda vəfat edənlər
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Texniki Universitetinin rektorları
- AMEA-nın müxbir üzvləri
