| Xalidə Quliyeva | |
|---|---|
| Xalidə Camal qızı Quliyeva | |
| Doğum tarixi | |
| Milliyyəti | Azərbaycanlı |
| Vətəndaşlığı | |
| Həyat yoldaşı | Eldəniz Quliyev |
| Uşaqları | Nəcəf Quliyev Afaq Quliyeva |
| Fəaliyyəti | aktrisa |
| Fəaliyyət illəri | 1972-ci ildən |
| Təhsili |
|
| Mükafatları | |
| IMDb | ID0441045 |
Xalidə Camal qızı Quliyeva (24 sentyabr 1952) — Azərbaycanlı kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).
Həyatı
Xalidə Quliyeva 24 sentyabr 1952-ci ildə anadan olmuşdur. Atası neftçi, anası isə evdar qadın olmuşdur. Ali məktəbə qəbul olunduqdan sonra Lütfi Məmmədbəyovun xalq teatrında çalışmağa başlamışdır. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1973–1976-cı illərdə institutun nəzdindəki "Səda" Tədris Teatrında çalışmışdır. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında aktrisa kimi fəaliyyət göstərir. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır.
Validə ("Qızıl qaz"), Fatimə ("Nəsimi"), Solmaz ("Bakıda küləklər əsir"), Milli ("Tütək səsi"), tibb bacısı ("Şahid qız"), Xalidə ("Xoşbəxtlik qayğıları") və s. rollarında şəkilmişdir. Lider TV-nin həyata keçirdiyi çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublajında aktrisa kimi iştirak edir.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür.
31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.
6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
- Ssenari müəllifi Eldəniz Quliyevin həyat yoldaşıdır.
Filmoqrafiya
- Qızıl qaz (film, 1972)
- Nəsimi (film, 1973)
- Bakıda küləklər əsir (film, 1974) — rol: Solmaz
- Tütək səsi (film, 1975)
- Dörd bazar günü (film, 1975)
- Çətirimiz buludlardır (film, 1976)
- Xoşbəxtlik qayğıları (film, 1976)
- Bir ailəlik bağ evi (film, 1978)
- Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film)-rol: Sona
- Bağlı qapı (film, 1981)
- Qocalar, qocalar... (film, 1982)
- Asif, Vasif, Ağasif (film, 1983)
- Gedərgəlməz (film, 1984)
- Köhnə bərə (film, 1984) — rol: Xalidə
- Qoca palıdın nağılı (film, 1984)
- Süd dişinin ağrısı (film, 1987)
- Şahid qız (film, 1990)
- Bəylik dərsi (film, 2007)
- Kuklalar (film, 2009)
- Səkkizinci səma (2010)
- Əlavə təsir (film, 2010)
- Səhərə inan... (film, 2011)
- Sübhün səfiri (film, 2012)
- Həyat çiçəyi (serial, 2013)
- Qanun naminə (serial, 2013)
- Cehizsiz gəlinlər (serial, 2016)
- Suğra və oğulları (film, 2021)
- Yaşayan insanlar
- 24 sentyabrda doğulanlar
- 1952-ci ildə doğulanlar
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları
- Azərbaycan Respublikasının əməkdar artistləri
- Azərbaycan Respublikasının xalq artistləri
- Əlifba sırasına görə film sənətçiləri
- Azərbaycan aktrisaları
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri