Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Gülağası Ağahüseyn oğlu Mirzəyev (18 aprel 1978, Bakı) — Azərbaycan balet solisti, Azərbaycan Respublikasının xalq artisti (2013).

Gülağası Mirzəyev

Vikipediya, azad ensiklopediya
Gülağası Mirzəyev
Gülağası Ağahüseyn oğlu Mirzəyev
Doğum tarixi 18 aprel 1978(1978-04-18) (48 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Fəaliyyəti balet artisti, balet pedaqoqu[d]
Fəaliyyət illəri 1994–h.h.
Teatr Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2013 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2002

Gülağası Ağahüseyn oğlu Mirzəyev (18 aprel 1978, Bakı) — Azərbaycan balet solisti, Azərbaycan Respublikasının xalq artisti (2013).

Həyatı

Mirzəyev Gülağası Ağa Hüseyn oğlu 1978-ci il aprel ayının 18-də Bakı şəhərində anadan olub.

1984-cü ildən 1987-ci ilədək 6 saylı orta məktəbdə təhsil alıb.

1987-ci ildə Bakı Xoreoqrafiya Məktəbinin klassik şöbəsinə daxil olmuş və 1995-ci ildə balet artisti ixtisası ilə həmin məktəbi bitirib.

Əmək fəaliyyətinə 1994-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasında balet artisti vəzifəsində başlayıb.

1999-cu ildən indiyə kimi kimi teatrın aparıcı səhnə ustası vəzifəsində çalışır.

Dəfələrlə Azərbaycan Respublikasının Opera və Balet teatrının balet truppasının tərkibində xarici ölkələrdə qastrol səfərlərində iştirak edib, və beynəlxalq festivallarında Azərbaycan Respublikasını təmsil etmişdir.

2006–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışıb.

2015-ci ildə Moskva Müasir Humanitar Akademiyasını (sənətşünaslıq bakalavr pilləsi) bitirib.

2015-ci ilin noyabr ayından 2016-cı ilin fevral ayına kimi Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbər vəzifəsində işləmişdir.

2019-cu ildə "Moskva maliyyə-sənaye universiteti" (idarəetmə magistr pilləsi) bitirib.

Mükafatları

  • Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "1999-cu ildə teatr sənəti sahəsində qazandığı uğurlara görə" diplomu — 2000-ci il
  • "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 24 dekabr 2002
  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 25 iyun 2013
  • Azərbaycan Respublikası Prezidentinin mükafatı — 10 may 2007, 7 may 2008, 5 may 2009, 5 may 2010, 3 may 2011, 9 may 2012, 1 may 2013, 30 aprel 2014, 6 may 2015,, 6 may 2016-cı il, 1 may 2017, 9 may 2018, 10 may 2019, 7 may 2020, 7 may 2021, 10 may 2022, 6 may 2023, 9 may 2024, 8 may 2025, 7 may 2026

İfa etdiyi əsas rollar

Opera və Balet teatrında aşağıdakı balet tamaşalarında baş rolları ifa edib:

MüəllifTamaşaRolTarixQeyd
R. Driqo"Arlekinada"Hakim1997-ci ililk ifaçısı
F. Əmirov"Min bir gecə"Aladdin
P. Çaykovski"Şelkunçik"Şahzadə
P. Çaykovski"Qu Gölü"Şahzadə Zigfrid
Ə. Bədəlbəyli"Qız Qalası"Polad1999-cu il redaksiyasıilk ifaçısı
A. Adan"Jizel"Qraf Albert
L. Minkus"Don Kixot"Espada
P. Çaykovski"Romeo və Cülyetta"Romeo
J. Bize-R. Şedrin"Karmen-Süita"Torrero1999-cu ililk ifaçısı
Q. Qarayev"Don Kixot"Don Kixot2000-ci ililk ifaçısı
Q. Qarayev"Leyli və Məcnun"Məcnun2001-ci ililk ifaçısı
T. Bakıxanov"Xəzər Balladası"Neftçi2001-ci ililk ifaçısı
X. Mirzəzadə"Qara və Ağ"Duet2000-ci ililk ifaçısı
M. Ravel"Bolero"Kişi2002-ci ililk ifaçısı
A. Əlizadə"Qafqaza Səyahət"Aleksandr Düma2002-ci ililk ifaçısı
L. Minkus"Paxita"Kavaler
L. Minkus"Paxita"Pa-de-trois2003-cü ililk ifaçısı
S. Prokofyev"Tamahlar"Kişi2004-cü ililk ifaçısı
Niyazi"Rast"Atr2004-cü ililk ifaçısı
F. Şopen"Şopeniana"Şopen2005-ci ililk ifaçısı
P. Bülbüloğlu"Eşq və Ölüm"Azər2005-ci ilin quruluşuilk ifaçısı
T. Bakıxanov"Xeyir və Şər"Xeyir2008-ci ililk ifaçısı
İ. Ştrauss"Düyməcik"Elf şahzadesi2009-cu ililk ifaçısı
Rimski-Korsakov"Şəhrizadə"Qızıl qulluqçusu2011-ci ililk ifaçısı
J. Bize"Arlezianka"Frederi2011-ci ililk ifaçısı
Q. Qarayev"Yeddi gözəl"Bəhram Şah 
D. Şostakoviç"Hanım və Xuliqan"Xuliqan2012-ci ililk ifaçısı
F. Qarayev"Qobustan kölgələri"Prometey2013-cü ililk ifaçısı
A. Pyatsollo"Məhəbbət tanqosu"Raul2014-cü ililk ifaçısı 
P. Bülbüloğlu"Eşq və Ölüm"Azər2015-ci ilin quruluşuilk ifaçısı
Gülyanaq rolunda Naira Ramazanova, Polad rolunda Gülağası Mirzəyev. Bakı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsi

Qastrol səfərləri

2000-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının sırasında Türkiyənin İstanbul və Antalya şəhərlərində çıxış edib. 16 və 17 iyunda İstanbulda "1001 gecə" baletində Ələddin, 20 iyunda Antalyada "Qız Qalası" baletində Polad rolunu ifa edib. Gülyanaq rolunu Naira Ramazanova ifa edib.

4 dekabr 2001-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının sırasında Moskva şəhərinə qastrol səfərinə getmişdir. Bolşoy Teatrda "Leyli və Məcnun" baletində Məcnun rolunu ifa edib. (Leyli rolunu Rimma İsgəndərova ifa edib).

11 mart 2003-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının sırasında Moskvaya qastrol səfərinə getmişdir. Bolşoy Teatrda F. Amirovun yubileyinə xəsr olunmuş "1001 gecə" baleti gostərilmişdir (Ələddin rolunu ifa edib).

4 mart 2008-ci ildə Mərakeşin Rabat şəhərində keçirilən Azərbaycanın Mədəniyyət günlərinə xəsr olunmuş konsert proqramında "Leyli və Məcnun" baletindən adajio ifa olunub. "Məhəmməd 5" milli teatrında Məcnun rolunu ifa edib. (Leyli obrazını Rimma İsgəndərova ifa edib).

2009 və 2010-cu illərdə Kanadaya "Victoria Ballet Company" tərəfindən dəvət olunmuşdur. 16–17–18 – 19 dekabr tarixlərində Toronto şəhərində "Richmond Hill Centre"-də keçirilən "Şelkunçik" baletində çıxış edib.

9 oktyabr 2012-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının sırasında Belarusun Minsk şəhərinə qastrol səfərinə getmişdir. Belarusun Bolşoy Teatrının səhnəsində "Yeddi Gözəl" baletində baş rol olan Bəhram Şah obrazını ifa etmişdir. (Gözəllər gözəli obrazını Kamilla Hüseynova ifa etmişdir).

18 noyabr 2012-ci ildə Qırğızıstanın Bişkek şəhərində opera və balet sənətinin beynalxalq festivalda iştirak edib. Nigar İbrahimova ilə "Jizel" baletindən Pa-de-de, və "Şahrizadə" baletindən adajio ifa ediblər.

16 – 17 sentyabr 2014-cü ildə Fransanın Strasburq və Paris şəhərlərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının sırasında "Qobustan kölgələri" baletində Prometey rolunda çıxış edib.

23 oktyabr 2014-cü ildə Qazaxıstanın Pavlodar şəhərində "Şaximardan dostları dəvət edir" adlı klassik sənətinin beynalxalq festivalda iştirak edib. Nigar İbrahimova ilə "Jizel" və "Yeddi gözəl" baletindən adajio ifa ediblər.

24 iyun 2015-ci ildə Belarusun Minsk şəhərində "Balet yayı Bolşoyda" adlı balet ulduzlarının beynalxalq festivalında iştirak edib. Nigar İbrahimova ilə "Yeddi gözəl" baletindən adajio ifa ediblər.

21 may 2016-cı ildə Bibisara Beyşenaliyeva adına IV beynalxalq festivalında iştirak edib. Qırğızıstanın Bişkek şəhərində Nigar İbrahimova ilə "Yeddi gözəl" baletindən adajio ifa ediblər.

Üst