| Tamilla Şirəliyeva | |
|---|---|
| Tamilla Xudadat qızı Şirəliyeva | |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
| Vəfat tarixi | |
| Vəfat yeri | Bakı, Azərbaycan |
| Vəfat səbəbi | beyin qansızması |
| Dəfn yeri | |
| Vətəndaşlığı | |
| Fəaliyyəti | balerina, baletmeyster |
| Fəaliyyət illəri | 1965–2025 |
| Mükafatları | |
Tamilla Xudadat qızı Şirəliyeva (8 dekabr 1946, Bakı – 12 mart 2025, Bakı) — Azərbaycanın "Şöhrət" ordenli balet ustası, Azərbaycan SSR xalq artisti (10.01.1978), SSRİ Dövlət mükafatı laureatı (1980), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu baletmeysteri.
Həyatı
Şirəliyeva Tamilla Xudadat qızı 8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir (1964). Həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Qaraca qız ("Qaraca qız", Əşrəf Abbasov), Gülyanaq ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Məhmənəbanu ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Ayişə, Fiyetta ("Yeddi gözəl", "İldırımlı yollarla", Qara Qarayev), Odetta-Odilliya ("Qu gölü", Pyotr Çaykoski), Kitri, Paxita ("Paxita", L. Minkus), Şəhrizad ("Min bir gecə", Fikrət Əmirov) və s. əsas partiyalarıdır. 1977-ci ildən pedaqoji fəaliyyət göstərib.
Tamilla Şirəliyeva uzun müddət şəkərli diabetdən əziyyət çəkmiş və böyrəklərində yaranmış problem səbəbi ilə əməliyyat olunmuşdur. O, 12 mart 2025-ci ildə beyninə qan sızması nəticəsində vəfat edib və "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.
Mükafatları
- Azərbaycan SSR əməkdar artist — 21 may 1970
- Azərbaycan SSR xalq artisti — 10 yanvar 1978
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
- "Şöhrət" ordeni ilə təltif edilmişdir — 7 dekabr 2006-cı il
Quruluş verdiyi baletlər
- Xeyir və Şər (1992)
- Xəzər balladası (balet) — 2001-ci il II redaksiyada
- Qafqaza səyahət (2002)
- Rast (2004)
Filmoqrafiya
- Muğam (film, 1976)
- 8 dekabrda doğulanlar
- 1946-cı ildə doğulanlar
- 78 yaşında vəfat edənlər
- 12 martda vəfat edənlər
- 2025-ci ildə vəfat edənlər
- Yasamal qəbiristanlığında dəfn olunanlar
- Azərbaycan SSR xalq artistləri
- SSRİ Dövlət mükafatı laureatları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Bakıda doğulanlar
- Bakıda vəfat edənlər
- Rəqqasələr
- Azərbaycan SSR əməkdar artistləri
- Bakı Xoreoqrafiya Akademiyasının məzunları
- Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri
- Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı şəxsləri
- Beyin qansızmasından ölənlər
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri
- Azərbaycan baletmeysterləri
- Azərbaycan balerinaları