| Şahzadə Ələddin Əli | |
|---|---|
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Ədirnə, Osmanlı imperiyası |
| Vəfat tarixi | (18 yaşında) |
| Atası | II Murad |
| Anası | Xədicə Həlimə Xatun |
| Həyat yoldaşı | Səlmin Xatun |
| Uşağı | Səlvi Xatun |
Şahzadə Ələddin Əli (1425, Ədirnə – 1443) — 6. Osmanlı padşahı II Muradın Tacünisa Xədicə Həlimə Xatundan doğulan oğludur. Lələsi Yörgüc Paşanın da təşviqi ilə 1437-ci ildə Şadi Bəyzadə Mahmudşahın qızı Səlmin Xatunla evlənmişdir. Bu evlilikdən Səlvi Xatun adlı bir qızı dünyaya gəldi.
1438-ci ildə qardaşı Şahzadə Mehmedlə birlikdə Ədirnədə sünnət edildi. 1439-cu ildə Qara Xızır Paşa Amasiya gəldi və II Muradın əmriylə Şahzadə Böyük Əhmədi gecə saraya gizlicə girərək boğdurdu. Şahzadə Əhmədlə birlikdə onun 6 aylıq və 1 yaşlı iki oğlu da boğularaq edam edildi. Cəsədləri Amasiyada Turumtay türbəsinə dəfn edildi. Bütün bu hadisələrdən sonra 1439-cu ildə Şahzadə Ələddin Əli Amasiyaya hakim təyin edildi. 1443-cü ildə at çaparkən ağır yaralanmış və vəfat etmişdir. Atasının Bursada inşa etdirdiyi Muradiyə külliyyəsində dəfn edilmişdir.
- 1425-ci ildə doğulanlar
- 1443-cü ildə vəfat edənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Ədirnədə doğulanlar
- Osmanlı şahzadələri