Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Pənahov Əlipənah Ələsgər oğlu (12 dekabr 1926, Salyan, Salyan qəzası – 26 avqust 1978) — aşıq-şair, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1967). Azərbaycan Ya

Aşıq Pənah

  • Ana Səhifə
  • Aşıq Pənah

Pənahov Əlipənah Ələsgər oğlu (12 dekabr 1926, Salyan, Salyan qəzası – 26 avqust 1978) — aşıq-şair, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1967). Azərbaycan Yazıçılar İttifaqının üzvü (1974).

Aşıq Pənah
Əlipənah Ələsgər oğlu Pənahov
Doğum adı Əlipənah
Doğum tarixi 12 dekabr 1926
Doğum yeri Salyan
Vəfat tarixi 26 avqust 1978 (51 yaşında)
Fəaliyyəti şair
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi
Mükafatları Azərbaycan SSR əməkdar mədəniyyət işçisi

Mündəricat

Həyatı

Aşıq Pənah 12 dekabr 1926-cı ildə Salyanda doğulmuşdur.

26 avqust 1978-ci ildə vəfat etmişdir.

Xatirəsi

Salyanda adına bir küçə və bir məktəb var. Ev muzeyi fəaliyyət göstərir.

2007-ci ildə Eldar İsgəndərzadənin ssenarisi əsasında Vasif Məmmədzadə tərindən haqqında qısametrajlı sənədli-bədii televiziya filmi çəkilmişdir. Aşıq Pənah rolunda ustadın oğlu Taleh Pənahov çəkilib.

Yaradıcılığı

1948-ci ildən aşıqlıq edib. Aşıq sazda 32 ənənəvi aşıq havasını ustalıqla ifa edirdi. Aşıq Pənah 18 aşıq havası ("Dilbər", "Yeddi qardaş", "Azərbaycan" və s.) bəstələmişdir. Eyni zamanda mahnılar da bəstələmişdir, "Nə qəşəng bəzənmisən!" bu sırada xüsusi qeyd edilməlidir. "Qəhrəman şah Nəcəf", "Əsli və Kərəm", "Aşıq Qərib" və s. dastanları məclislərdə məharətlə ifa edirdi. Aşıq Pənah 2 dastanının ("Sülh", "Pambıqçılar") və 128-ə qədər qoşmanın müəllifidir.

Əsərləri

  • Saz və söz. Bakı,1963.
  • Məhəbbətdən danışaq. Bakı,1966.
  • Təzə söz, təzə mahnı. Bakı,1971.
  • Mənim sazım (şeirlər). Bakı,1978

Filmoqrafiya

  1. Böyük dayaq (film, 1962)
  2. Aşıq Pənah (film, 2007)
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Selevkilər dövləti

  • Mart 26, 2026

    Hikmət Mirzəyev

  • Mart 26, 2026

    Qarabağ xanlığı

  • Mart 26, 2026

    Çin

  • Mart 26, 2026

    Birləşmiş Ərəb Əmirlikləri

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst