Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Fərrux İsmayıl oğlu Şıxlinski (16 yanvar 1962, Bakı) — rəssam, jurnalist, "Ayna" — "Zerkalo" qəzetlərinin məsul katibi (2001-ci ildən). Xalq yazıçısı İsmayıl Şı

Fərrux Şıxlinski

Vikipediya, azad ensiklopediya
Fərrux Şıxlinski
Doğum tarixi 16 yanvar 1962(1962-01-16) (64 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı
Atası İsmayıl Şıxlı
Fəaliyyəti jurnalist
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Fərrux İsmayıl oğlu Şıxlinski (16 yanvar 1962, Bakı) — rəssam, jurnalist, "Ayna" — "Zerkalo" qəzetlərinin məsul katibi (2001-ci ildən). Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, Elçin Şıxlının qardaşı.

Həyatı

Fərrux Şıxlinski 1962-ci ildə Bakı şəhərində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir.

1981-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1986-cı ildə M. A. Əliyev adına Azərbaycan Dövlət incəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirib. Universiteti bitirdikdən sonra hərbi xidmət etmişdir (1986–1988)

Elmi-Tədqiqat Texniki Estetika İnstitutunda (ÜETTEİ) dizayner, "Ədəbiyyat və İncəsənət" qəzetində (1989–1991) və "Ayna" — "Zerkalo" qəzetlərində rəssamlıq etmişdir. "Həftə sonu plyus" — "Week-end plyus" qəzetində baş redaktor işləmişdir

"Ayna" — "Zerkalo" qəzetlərinin məsul katibidir.

Ailəsi

Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, jurnalist Elçin Şıxlının qardaşı, yazıçı Reyhan Yusifqızının həyat yoldaşıdır. Evlidir. İki övladı var.

Xarici keçid

2011-11-22 at the Wayback Machine

Üst