Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Bəni Müstəliq Huzaa qəbiləsinin bir qoludur. Şəcərələri Müstəliq (Cəzimə) ibn Səd ibn Əmr ibn Lühey (Rəbiə) ibn Harisə (Huzaa) şəklindədir. Qalqəşəndinin Müstəl

Bəni Müstəliq

Vikipediya, azad ensiklopediya
Bəni Müstəliqin 1400 il əvvəl yaşadıqları ərazilər

Bəni Müstəliq (ərəb. بنو المصطلق) — Qəhtanilərə mənsub ərəb qəbiləsi.

Soy kökləri

Bəni Müstəliq Huzaa qəbiləsinin bir qoludur. Şəcərələri Müstəliq (Cəzimə) ibn Səd ibn Əmr ibn Lühey (Rəbiə) ibn Harisə (Huzaa) şəklindədir. Qalqəşəndinin Müstəliqin adını Hüzeymə şəklində qeyd etməsi doğru deyildir. Mənbələrdə "Müstəliq" ləqəbinin Cəziməyə səsinin gözəl və zil olmasından ötrü verildiyi qeyd edilib. Mənbələrdə həmçinin onun Huzaa qəbiləsində müğənnilik edən ilk şəxs olduğu da qeyd edilib.

Yaşadıqları ərazi

Bəni Müstəliq ilk vaxtlar Məkkə və ətrafında yaşayırdılar. Sonra Qusay ibn Kilaba məğlub olub, şimala çəkildilər. Məkkə-Mədinə yolu üzərindəki Qudeyd adlı ərazidə məskunlaşdılar. Mədinəyə təxminən 96 mil (154.5 km) məsafədəki Fur da onlara məxsus idi. Həmçinin mühüm liman şəhəri olan Rəbiğ ətrafında, Üsfanda və Rahatü-Fərvədə yaşayırdılar. Şühdə və Müreysi adlı su quyuları da onların nəzarətində idi.

İnancları

Bəni Müstəliq Hübəl, İsəf və Nailə adlı bütlərə ibadət ediblər.

Bəni Müstəliq qəzvəsi

627-ci ildə baş vermiş bu döyüşdə Bəni Müstəliq qəbiləsi müsəlmanlara məğlub olmuşdu. Müsəlmanların ordusu bu döyüşdən qayıdarkən yolda İfk hadisəsi baş vermişdi.

Həmçinin bax

  • İfk hadisəsi
Üst