| Ələkbər Kazımovski | |
|---|---|
| |
| Doğum tarixi | 10 iyul 1953 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 19 sentyabr 2016 (63 yaşında) |
| Vəfat yeri |
|
| Atası | Rauf Kazımovski |
| Fəaliyyəti | kinorejissor, rejissor |
| Mükafatları | |
| IMDb | ID3212191 |
Ələkbər Rauf oğlu Kazımovski (10 iyul 1953, Bakı – 19 sentyabr 2016, Bakı) — Azərbaycan rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2006).
Həyatı
Ə. Kazımovski "Tənha durna uçuşu", "Sonuncu məhəbbət", "Şirin bülbül" və s. filmlərin müəllifi olub. Rejissor kimi uzun illər AzTV-də çalışıb.
Ə. Kazımovski rejissor Rauf Kazımovskinin oğludur. 4 noyabr 2006-cı ildə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.
19 sentyabr 2016-cı ildə aktrisa Nahidə Orucovanın 55 illik yubiley tədbirində Kazımovskinin vəziyyəti qəfil pisləşmiş və rejissor vəfat etmişdir.
Filmoqrafiya
- Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (Aztv)
- Dahilərin divanı (veriliş, 2007)
- Gülüş sanatoriyası (film, 1989)
- Kənddən gələn var (film, 1997)
- Kənddən gələn var. II hissə (film, 1997)
- Krossvord (veriliş, 2007)
- Qeybdən gələn səs (film, 2002)
- Qoy oturmuşuq (veriliş, 2007)
- Məhkəmə (veriliş, 2007)
- Mötəbər insanlarımız (film, 2003)
- Seans (veriliş, 2007)
- Sonuncu məhəbbət (film, 1985)
- Şirin bülbül (film, 2000)
- Tənha durna uçuşu (film, 2003)
- Vurğun ocağı (film, 2003)
- Yeni həyat (film, 2005)
- Sabiqlər (film-tamaşa,1999)
Kateqoriyalar:
- 10 iyulda doğulanlar
- 1953-cü ildə doğulanlar
- Bakıda doğulanlar
- 19 sentyabrda vəfat edənlər
- 2016-cı ildə vəfat edənlər
- 63 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Azərbaycan Respublikasının əməkdar incəsənət xadimləri
- Əlifba sırasına görə film sənətçiləri
- Azərbaycan rejissorları
