Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şadman Bahlul oğlu Hüseyn (4 dekabr 1945, Taytan, Vedi rayonu – 5 avqust 2003, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin I çağırışı və II çağırışı deputa

Şadman Hüseyn

Vikipediya, azad ensiklopediya
Şadman Hüseyn
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
5 mart 2003 5 avqust 2003
24 noyabr 1995 24 noyabr 2000
Şəxsi məlumatlar
Doğum tarixi 4 dekabr 1945(1945-12-04)
Doğum yeri
  • Taytan, Vedi rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 5 avqust 2003(2003-08-05) (57 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası,
  • Azərbaycan Milli İstiqlal Partiyası (1992–2000)

Şadman Bahlul oğlu Hüseyn (4 dekabr 1945, Taytan, Vedi rayonu5 avqust 2003, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin I çağırışı və II çağırışı deputatı.

Həyatı

1945-ci il dekabrın 4-də Ermənistan Respublikası Vedi rayonunun Taytan kəndində anadan olmuşdur. Saratov Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir.

Rus və ingilis dillərini bilirdi.

Evli olmuşdur, 3 övladı var.

5 avqust 2003-cü ildə ürəktutma səbəbi ilə vəfat etmişdir.

Siyasi fəaliyyəti

Şadman Hüseyn Azərbaycan Milli İstiqlal Partiyasının yaradılmasında iştirak etmişdir. O, 1991-ci ildə partiyanın Təşkilat Komitəsində təmsil olunmuşdur.

1992-ci il iyulun 3-də Bakıda keçirilmiş Azərbaycan Milli İstiqlal Partiyasının Təsis Qurultayında onun sədrliyə namizədliyi təklif olunmuş, lakin sonradan namizədliyi geri götürülmüşdür. Qurultayda Şadman Hüseynin sədr müavinliyinə namizədliyi də müzakirə olunsa da, o, Gəncədə yaşadığı və Milli Məclisin üzvü olduğu üçün bu vəzifəyə namizəd olmamışdır.

Şadman Hüseyn 1995-ci il parlament seçkilərində Azərbaycan Milli İstiqlal Partiyasının proporsional seçki üzrə vahid namizəd siyahısında 3-cü sırada yer almışdır. Partiyanın proporsional siyahı üzrə üç mandat qazanması nəticəsində o, Milli Məclisin deputatı seçilmişdir.

2000-ci il parlament seçkilərində partiyanın proporsional seçki üzrə vahid namizəd siyahısında 4-cü sırada olmuşdur. Seçkilərdən sonra Şadman Hüseyn bir qrup tərəfdarı ilə birlikdə Azərbaycan Milli İstiqlal Partiyasından istefa vermişdir. Bundan sonra o, siyasi fəaliyyətini bitərəf siyasətçi kimi davam etdirmişdir. 5 mart 2003-cü il əlavə parlament seçkilərində 91 saylı Xanlar–Daşkəsən seçki dairəsindən deputat seçilmişdir.

2003-cü il prezident seçkilərində "Vətən" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən Şadman Hüseynin prezidentliyə namizədliyi irəli sürülmüşdür. Lakin o, seçkilərdən əvvəl vəfat etmişdir. Ölümündən sonra ailə üzvləri onun yekun marafonda namizədliyini Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin xeyrinə geri götürməyi planlaşdırdığını bildirmişlər.

Üst