| Ərəstü Həbibbəyli | |
|---|---|
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1980 (45–46 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Atası | İsa Həbibbəyli |
| | |
| Təltifləri | |
Ərəstü İsa oğlu Həbibbəyli (1980, Naxçıvan) — Azərbaycan ictimai-siyasi xadimi, iqtisadçı, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri, Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, iqtisad elmləri namizədi.
Həyatı
Ərəstü Həbibbəyli 1980-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhərində 12 saylı orta məktəbi bitirdikdən sonra 1997–2001-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr, 2001–2003-cü illərdə isə magistr pillələrində təhsilini davam etdirmişdir.
2003–2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda beynəlxalq iqtisadi münasibətlər üzrə aspiranturada təhsil almışdır. 2006-cı ildə "Azərbaycan Respublikasının Böyük Britaniya ilə xarici əlaqələrinin əsas istiqamətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
2002–2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləmişdir.
2007–2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində işləmiş, 2015–2018-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini olmuşdur.
9 iyul 2018-ci ildə Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi təyin olunmuşdur.
21 fevral 2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri təyin olunmuşdur.
2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəsi
Ailəlidir, üç övladı var.
Ərəstü Həbibbəyli Azərbaycan alimi İsa Həbibbəylinin oğludur.
Qardaşı Səhət Həbibbəyli — Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general mayoru.
Fəxri adlar
- Birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi —
- Dövlət qulluğunda fərqlənməyə görə medal — 27 iyun 2013
- 2-ci dərəcə dövlət müşaviri – 27 dekabr 2018
- "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı — 9 iyul 2019
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 27 may 2019
Yaradıcılığı
Müəllifin xarici siyasətin aktual mövzularına dair Azərbaycanda və xaricdə 50-yə yaxın məqaləsi çap olunmuşdur.
Kitabları
- "Azərbaycan-Britaniya iqtisadi əlaqələri" (Bakı, "Nurlan", 2007-ci il)
- "Sivilizasiyaların kəsişməsində Türk dünyası" (Bakı, "Elm və təhsil", 2011-ci)
- "Uygarlıkların Kavşağında Türk Dünyası" (İstanbul, "Yedirenk", 2013-cü il, türk dilində)
- Yeni çağırışların işığında (Bakı, "Elm və təhsil", 2014, məqalələr toplusu)
- 1980-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Naxçıvanda doğulanlar
- Yeni Azərbaycan Partiyasının üzvləri
- Bakı Dövlət Universitetinin məzunları
- "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan iqtisadçıları