Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Camal Gürsəl (türk. Cemal Gürsel; 13 oktyabr 1895, Xınıs, Ərzurum vilayəti – 14 sentyabr 1966, Ankara) — Türkiyə Respublikasının 4-cü prezidenti.

Camal Gürsəl

Vikipediya, azad ensiklopediya
Camal Gürsəl
türk. Cemal Gürsel
Türkiyə Respublikasının 4-cü prezidenti
26 oktyabr 1961 28 mart 1966
ƏvvəlkiCəlal Bayar
SonrakıCevdət Sunay
Türkiyə Respublikasının Baş naziri
27 may 1960 27 oktyabr 1961
ƏvvəlkiAdnan Menderes
Sonrakıİsmət İnönü
Şəxsi məlumatlar
Doğum tarixi 13 oktyabr 1895(1895-10-13)
Doğum yeri
Vəfat tarixi 14 sentyabr 1966(1966-09-14) (70 yaşında)
Vəfat yeri
  • Ankara, Ankara ili, Türkiyə
Vəfat səbəbi insult
Dəfn yeri
  • Türkiyə Dövlət məzarlığı
  • Anıtqəbir
Partiya
Təhsili
  • Türkiyə Quru Qoşunları məktəbi,
  • Quləli Hərbi Liseyi
Fəaliyyəti siyasətçi, zabit
Həyat yoldaşı
  • Məlahət Gürsəl
Dini sünnilik
Hərbi xidmət
Qoşun növü Osmanlı ordusu[d], Türkiyə Quru Qoşunları
Döyüşlər
Rütbəsi

Təltifləri "Hərb" medalı "İstiqlaliyyət" medalı
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Camal Gürsəl (türk. Cemal Gürsel; 13 oktyabr 1895, Xınıs, Ərzurum vilayəti14 sentyabr 1966, Ankara) — Türkiyə Respublikasının 4-cü prezidenti.

Həyatı

Camal Gürsəl 1895-ci ildə Ərzurum şəhərində anadan olub.

İbtidai təhsilini Orduda almış, daha sonra Ərzincan hərbi məktəbinə daxil olmuşdur. İstanbul Kuleli Hərbi Litseyində təhsilini davam etdirmiş, 1915-ci ildə Hərb Məktəbini bitirib Türk Sialhlı Qüvvələrinə qatılmışdır.

1917-ci ilə qədər Çanaqqala savaşlarında döyüşmüşdür.

Müharibə bitdikdən sonra Fələstin cəbhəsinə təyin olunmuşdur.

1946-cı ildə general rütbəsi almış, 1957-ci ildə Ordu generalı olmuş, 1958-ci ildə Quru Qoşunları Komandanı təyin olunmuşdur.

27 may çevrilişinin lideri olmuş, o tarixdən sonra Milli Birlik Komitəsinin sədri və Türk Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsini daşımışdır.

10 oktyabr 1961-ci il tarixdə TBMM tərəfindən prezident seçilmişdir.

Uzun sürən ağır xəstəlikdən sonra 14 sentyabr 1966-cı ildə vəfat etmişdir.

Fransızca bilirdi.

Evli idi və bir övladı vardı.

Üst