| Lotu Hikmət | |
|---|---|
| Hikmət Məmmədqulu oğlu Muxtarov | |
| |
| Doğum tarixi | |
| Doğum yeri | Kürkəndi, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ |
| Vəfat tarixi | |
| Vəfat yeri | Moskva, Mərkəz Federal Dairəsi, Rusiya Federasiyası |
| Vəfat səbəbi | Sui-qəsd |
| Uşaqları | 1 oğlu və 1 qızı |
| Atası | Məmmədqulu Muxtarov |
| Milliyyəti | azərbaycanlı |
| Təhsili | ADİU |
| Fəaliyyəti | qanuni oğru, çirkli pulların yuyulması |
| Fəaliyyət illəri | 1974–2006 |
Hikmət Məmmədqulu oğlu Muxtarov (rus. Хикмет Мамедгули оглы Мухтаров; 3 noyabr 1956, Sabirabad rayonu – 7 aprel 2006, Moskva) — Sabirabadlı Hikmət və ya Lotu Hikmət ləqəbli azərbaycanlı kriminal avtoritet, qanuni oğru.
Həyatı və fəaliyyəti
Hikmət Muxtarov 1956-cı il noyabrın 3-də Sabirabad rayonunun Kürkəndi kəndində anadan olub. 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutunda təhsil alarkən Bakı şəhər Prokurorluğunun müstəntiqinin oğlu ilə dalaşıb və üç il azadlıqdan məhrum edilib. Cəzasını Bakıda 5 saylı İslah Əmək Koloniyasında və Xələc düşərgəsində çəkib.
1981-ci ildə 7 il azadlıqdan məhrum edilib.
Dördüncü cəzalanma müddətində aclıq aksiyasına başlayıb və düşərgədəki bütün dustaqların ona qoşulması işinin üstünə 3 il əlavə olunması ilə nəticələnib.
"Böyük qardaş" ləqəbi ilə Novoçerkassk qapalı həbsxanasına göndərilib. Sankt-Peterburq "Kresti" kiçmanında və Vorkuta həbsxanalarında cəza çəkib.
1997-ci ildə Bakıda həbs olunub və iki gün sonra azadlığa buraxılıb.
2001-ci ildə 8 il azadlıqdan məhrum edilib. 1 il 3 aydan sonra əməlində cinayət tərkibi tapılmadığından həbsdən azad edilib.
"Lotu Hikmət" ləqəbli Hikmət Muxtarov, 2006-cı il aprel ayının 7-də Moskvadakı Leninqrad prospektinə qətlə yetirilib. Qatillər o ofisdən çıxıb avtomobilinə minmək istəyərkən ona avtomat və tapançadan atəş açıblar. 11 apreldə onun cəsədi təyyarə ilə Azərbaycana göndərilib və Kürkəndi kəndindəki qəbiristanlıqda dəfn edilib. Onun dəfn mərasimində 2 minə yaxın şəxs iştirak edib.
Hikmət Muxtarovun bir oğlu və bir qızı var.
- 3 noyabrda doğulanlar
- 1956-cı ildə doğulanlar
- 49 yaşında vəfat edənlər
- 7 apreldə vəfat edənlər
- 2006-cı ildə vəfat edənlər
- Sabirabad rayonunda doğulanlar
- Moskvada vəfat edənlər
- Qanuni oğrular
- Azərbaycanlı məhbuslar və məhkumlar
