Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Cindağ — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərbində yerləşir. Parağa kəndindən 3,5 km. cənub-şərqdə yerləşir. Konusvari fo

Cindağ (Ordubad)

Vikipediya, azad ensiklopediya
Cindağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1779 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət
  • Ordubad

Cindağ — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərbində yerləşir. Parağa kəndindən 3,5 km. cənub-şərqdə yerləşir. Konusvari formadadır. Sıldırım yamaclıdır (hünd. 1779,4 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə (3826,4 m)  yüksəkliyindən cənub-qərbə ayrılan Xoşkeşin qolunda zirvə. Üstüpü kəndindən 1,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş yastı zirvəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının şimal-şərq qanadında yerləşir. Cənub-qərb və şimal-şərq yamaclarından şimal-qərb istiqamətli əks-fay qırılmaları keçir.

Həmçinin bax:

  • Almalıdağ
  • Xarxat dağı
  • Keçəltəpə
  • Arısu
  • Güllüdağ
  • Gədikdağ
Üst