| Mahmud Məmmədov | |
|---|---|
| |
| 28 yanvar 1958 – 4 fevral 1960 | |
| Sədr | Sadıq Rəhimov Vəli Axundov |
| Əvvəlki | İlyas Abdullayev |
| Sonrakı | Rza Sadıqov |
| 1954 – 1955 | |
| Nazir | Həsən Seyidov |
| 1950 – sentyabr 1954 | |
| Əvvəlki | vəzifə təsis edilib |
| Sonrakı | Abuzər Əliyev |
| 1943 – 1950 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | sentyabr 1909 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 1964 (54–55 yaşında) |
| Partiya |
|
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi | texnika elmləri namizədi |
| | |
| Təltifləri | |
Mahmud Tağı oğlu Məmmədov (sentyabr 1909, Aşağı Quşçu, Qazax qəzası – 1964) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1958–1960), Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini, Azərbaycan Politexnik İnstitutunun ilk direktoru (1950–1954).
Həyatı
Mahmud Tağı oğlu Məmmədov 1909-cu ildə hazırkı Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olmuşdur. 1924-cü ildə Qazax şəhərindəki pedaqoji texnikuma daxil olmuş, oranı bitirdikdən sonra Pambıqçılıq İnstitutunda oxumuş, 1933-cü ildə institutun mexanikləşdirmə fakültəsini bitirmişdir.
Mahmud Məmmədov əmək fəaliyyətinə 1928-ci ildə başlamış, Tovuzda kəndli gənclər məktəbində, fabrik-zavod şagirdliyi məktəblərində, şoferlər məktəbində dərs demişdir. 1933–1937-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun traktor və avtomobil kafedrasında assistent işləmiş, iki il baş müəllim olmuş və kafedra müdirini əvəz etmiş, institutun fakültə dekanı vəzifəsində çalışmışdır. Texnika elmləri namizədi elmi dərəcəsini almışdır.
1943–1950-ci illərdə Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini işləyən Mahmud Məmmədov 1950-ci ildən 1954-cü ilin sentyabr ayına qədər Azərbaycan Politexnik İnstitutunun direktoru olmuşdur. Sonra isə Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini vəzifəsində çalışmışdır.
1955-ci ilin aprel ayında Mahmud Məmmədov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təsdiq edilərək iki il yarımdan artıq bu vəzifədə işləmişdir. 1958-ci ilin yanvar ayında isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
Mahmud Məmmədov 1921-ci ildən Lenin komsomolu, 1942-ci ildən isə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. İki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Dördüncü çağırış Azərbaycan SSR Ali Sovetinin, beşinci çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir.
Mahmud Məmmədov 1964-cü ildə vəfat etmişdir.
- 1909-cu ildə doğulanlar
- Qazax qəzasında doğulanlar
- 1964-cü ildə vəfat edənlər
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavinləri
- SSRİ Ali Sovetinin V çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları
- Azərbaycan Texniki Universitetinin rektorları
