Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Daşbulaq — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Xocalı rayonununun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd, Daşbulaq kənd inzibati ərazi d

Daşbulaq (Xocalı)

39°55′37″ şm. e. 46°42′17″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Daşbulaq
39°55′37″ şm. e. 46°42′17″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Xocalı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 772 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Daşbulaq xəritədə
Daşbulaq
Daşbulaq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

DaşbulaqAzərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Xocalı rayonununun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd, Daşbulaq kənd inzibati ərazi dairəsinin mərkəzi.

Tarixi

1990-cı illərin əvvəllərindən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub və separatçı rejim tərəfindən Astxaşen adlandırılırdı. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Daşbulaq qəsəbəsinin əhalisinin faktiki sayı 520 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Daşbulaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.

Bədərə çayının (Qarqar çayının qolu) sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Kənd yaxınlıqdakı eyniadlı coğrafi obyektlərin adı ilə adlandırılmışdır.

Daşbulaq çayı

Xocalı rayonu ərazisində çay. Çay öz adını eyniadlı bulaqdan almışdır. Hidronim daş (daşlıq) və bulaq (su obyekti) sözlərindən düzəlib, "daşlı yerdən çıxan bulaq" mənasındadır.

Daşbulaq dağı

Xocalı rayonu ərazisində dağ. Dağ öz adını eyniadlı bulaqdan almışdır.

Həmçinin bax

Üst