Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Madər Ələsgər oğlu Musayev (26 noyabr 1947, Bakı – 14 iyul 2023) — Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı (1995–20

Madər Musayev

Vikipediya, azad ensiklopediya
Madər Musayev
Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı
24 noyabr 1995 14 iyul 2023
Seçki dairəsi1995, 2000 — 23 saylı Binəqədi–Qaradağ
2005, 2010, 2015, 2020 — 10 saylı Binəqədi üçüncü
Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı
5 fevral 1991 12 noyabr 1995
Seçki dairəsi16 nömrəli Binəqədi
Şəxsi məlumatlar
Doğum tarixi 26 noyabr 1947(1947-11-26)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 14 iyul 2023(2023-07-14) (75 yaşında)
Dəfn yeri
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (–1991)
Fəaliyyəti siyasətçi

Təltifləri "Şərəf" ordeni — 2017 "Şöhrət" ordeni 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Madər Ələsgər oğlu Musayev (26 noyabr 1947, Bakı14 iyul 2023) — Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı (1995–2023), Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı (1991–1995).

Həyatı

Madər Ələsgər oğlu Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. Moskva Koperativ İnstitutunun Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirmişdir. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləmişdir. 1986–1995-ci illərdə "Bahar" ticarət mərkəzinin müdiri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı və Azərbaycan Ali Sovetinin XII çağırış deputatı olmuşdur.

Madər Musayev 14 iyul 2023-cü ildə ağciyər və böyrək çatışmazlığından vəfat etmişdir. Binəqədi rayonu kənd qəbiristanlığında dəfn edilmişdir.

Evli və 3 övladı var idi.

Mükafatları

"Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilmişdir.

25 noyabr 2022-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Üst